gundem
9.10.2019
“Joker”i belə izləmək qadağan edildi

İspaniyada “Joker” filmini kinoteatrda maska və oyuncaq silahlarla izləmək qadağan olunub.
“dogruxeber.tv” xarici mətbuata istinadən xəbər verir ki, qadağaya əməl etməyənlər kinozaldan məcburi çıxarılacaq.
Xatırladaq ki, 7 il əvvəl ABŞ-da “Aurora” kinoteatrında “Joker”in digər filminin izlənilməsi zamanı tamaşaçılar kütləvi şəkildə atəşə tutulmuşdular. Nəticədə 12 nəfər ölmüş, 70- dən çox insan yaralanmışdı.
Kinozal ölənlərin ailələrinə hörmət əlaməti olaraq bu il “Joker”i yayımlamayıb.


