hadise / dunya
11.10.2019
İspaniyada təyyarə qəzaya uğrayıb

İspaniyada təyyarə qəzaya uğrayıb.
dogruxeber.tv-ın məlumatına görə, hadisə Tarraqona vilayətində qeydə alınıb. İnsidentlə bağlı regional yanğınsöndürmə briqadası əməkdaşları xəbər veriblər.
Məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb.
Təyyarənin Sabadeldən havaya qalxdığı və Reus istiqamətində uçduğu qeyd edilir.
Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Hadisə ilə bağlı başqa detallar açıqlanmır./Trend


