siyaset / sou / Cəmiyyət
15.05.2026
Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd ediləcək
“17 may xüsusi gün olacaq. Bu il Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyini qeyd edəcəyik”.
DogruXeber.tv: Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Baş nazir qeyd edib ki, hökumət bütün müvafiq mərasimlərdə iştirak edəcək.
“Mərasimə katolikos-patriarx III Şio rəhbərlik edəcək, buna görə də bu il ölkəmiz üçün xüsusi olacaq. Əlbəttə, hökumət bütün müvafiq mərasimlərdə iştirak edəcək”, - Kobaxidze bildirib.



