Bakıdakı çimərliklər mövsümə hazırdır


Bakıda çimərliklər mövsümə tam hazır vəziyyətə gətirilib.

DogruXeber.tv: xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Göradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb və bu məkanlar 15 maydan başlayan çimərlik mövsümünə hazırlanıb.
Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, oyun meydançaları yenilənib və istifadə üçün tam hazır vəziyyətdədir.
Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.
Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub. IDEA nümunəvi ictimai çimərliklər cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.
IDEA İctimai Birliyi hamıya dəniz mövsümündə xoş istirahət arzulayır, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətrafını çirkləndirməməyə çağırır.

Son xəbərlər

Bakıda yeni parkın salınmasına 49 milyon manatdan çox vəsait xərclənəcək - Bəzi tikililər söküləcək

4 ayda əhali avtomobil benzininə 1,3 milyard manata yaxın pul xərcləyib

“Leyla” ana olacaq

“Sabah” 10 oyundur “Neftçi”yə uduzmur

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd ediləcək

Bakıdakı çimərliklər mövsümə hazırdır

İtkin-şəhid Rafiq Cəfərovla vida mərasimi keçirilir

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Prezident İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir

TDT-nin Baş katibi: Zəngəzur dəhlizinin inkişafı strateji əhəmiyyət daşıyır

Mbappedən qalmaqallı açıqlama

Daha bir təyyarə qəzası

Yeni yol çəkilir

“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

Azərbaycanlı zəvvarların Həcc ziyarəti proqramı açıqlandı

Zaur Əliyev yüksək vəzifəyə təyin olundu

Dövlət Xidməti Balakəndə gənclər üçün tədbir keçirdi

Bakı metropoliteninin iş rejimi WUF13 günlərində dəyişdiriləcək

Qiyməti balıqdan dəfələrlə ucuz, faydası isə eyni

Bu şəxslər ayda 1000 manat mükafat alacaq

Dollar almaq istəyənlərin nəzərinə

Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır

Premyer Liqa: XXXII tura iki qarşılaşma ilə start verilir

Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi

Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…

Azərbaycanda texnogen hadisələr 21 faiz azalıb

Maaşlar nə zaman artırılacaq?

Gəncədə 15 yaşlı qızı vuran maşının sürücüsü hadisə yerindən qaçıb

Sabahdan bəzi yerlərə yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Trampdan sonra Putin də Çinə gedir

Bütün xəbərlər