gundem / sosial
20.07.2020
Çimərliklər avqustun 5-nə kimi açılmayacaq
![]()
“Çimərliklərin bu gün açılmasına hazır deyilik. Bunu avqustun 5-nə kimi edə bilməyəcəyik”.
dogruxeber.tv bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə deyib.
O qeyd edib ki, açılma ilə əldə etdiyimiz nailiyyəti itirə bilərik: “Çimərliklərdə məsafə saxlamaq mümkün deyil. Müştərilər yemək, qida alanda yoluxma riski artır. Hər hansı çimərliyə eyni rayondan insanlar gəlmir. Bu da süni formada virusun paylanmasıdır”.
(Qafqazinfo.az)


