hadise
11.08.2020
Xəzərin Buzovna sahilində bir nəfər boğulub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində, dənizdə (qeyri çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
dogruxeber.tv FHN-dən Oxu.Az-a verilən məlumata istinadən bildirir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü İbrahimov Kənan Firuz oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.


