Bakıda direktor müəllimi intihar həddinə çatdırıb? - AÇIQLAMA









Bakı məktəblərindən birində müəllimlə direktor arasında qalmaqallı iddialar səsləndirilib.

dogruxeber.tv xəbər verir ki, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi 216 nömrəli tam orta məktəbdə müəllim kimi çalışan 1970-ci il təvəllüdlü Babayeva Sədaqət Şirzad qızı polisə şikayət ərizəsi ilə müraciət edib.

Ərizədə qeyd olunub ki, çalışdığı 216 nömrəli məktəbin direktoru, 1980-ci il təvəllüdlü Bayramov Elnur işdən çıxmasını tələb edərək, onu intihar həddinə çatdırır. Qadın işdən çıxarılacağı təqdirdə intihar edəcəyini deyib.

Məsələ ilə bağlı 216 nömrəli tam orta məktəblə əlaqə saxladıq. Məktəbdən redaksiyamıza bildirilib ki, məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərən Sədaqət Babayevanın işdən çıxarılması ilə bağlı iddiası həqiqətə uyğun deyil:
"Belə ki, 11 oktyabr 2019-cu ildə Sədaqət Babayeva 102 xidmətinə zəng edərək intihar edəcəyini bildirib. Sədaqət Babayeva məktəbdə IX siniflər üzrə keçirilən ilkin diaqnostik qiymətləndirmənin nəticələrinə etiraz olaraq bu addımı atıb.

O, keyfiyyətə nəzarət lövhəsindən sinif rəhbəri olduğu IX b sinfinə aid qiymətləndirmə vərəqini çıxarıb, direktorun otağına daxil olaraq yüksək səslə etirazını bildirib. Daha sonra isə 102 xidmətindən gələn əməkdaşlara qarşı kobudluq edərək izahat yazmaqdan imtina edib”.

Qeyd edək ki, S.Babayeva ilə bağlı 2018-ci ildə də belə bir hal yaşanıb. O, dərs saatının azlığı ilə bağlı 102 xidmətinə zəng edərək şikayət edib. Onu da qeyd edək ki, müəllimlərə dərs yükü diaqnostik qiymətləndirməyə uyğun olaraq verilir./Oxu.Az

Son xəbərlər

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bütün xəbərlər