Vətəndaş prezidentə şikayətini necə çatdıra bilər - Deputat bunun yollarını göstərdi





"Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin” - prezident İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən belə deyib.

Dövlət başçısı icra başçılarına xitabən bildirib ki, onlar peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar.
"Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik” -deyə ölkə başçısı qeyd edib.

Deputat Aydın Mirzəzadə hesab edir ki, prezidentin məlum müraciəti onun xalqla sıx birliyini göstərir: "Cənab prezidentin vətəndaşlara məlum çağırışı aparılan siyasətin yerlərdə vətəndaşın maraqlarına nə dərəcədə cavab verdiyini öyrənmək istəyindən irəli gəlir. Vətəndaşlar bu çağırışı dəstəkləyirlər”.
Aydın Mirzəzadə prezidentə müraciət etmənin formalarından danışarkən deyib ki, ən asan üsul president.az saytında "Müraciətlər” bölümünə daxil olub orada "Prezidentə məktub yazmaq” düyməsini seçməkdən keçir: "Vətəndaş bu yolla sərbəst qaydada müraciətini prezidentə yollayır. Vətəndaş prezidentə məktub və teleqram vasitəsilə də müraciət edə bilər. Eyni zamanda yerlərdə Prezident Administrasiyasının nümayəndələri, nazirlər, ayrı-ayrı təşkilat rəhbərləri də vətəndaşları qəbul edib dinləyirlər. Vətəndaşlar sosial şəbəkə vasitəsilə də prezidentə müraciət edə bilərlər. Bunun üçün cənab prezidentin sosial şəbəkədə olan hesablarının mesaj bölməsinə yaza bilərlər. Prezidentin sosial media hesabları kifayət qədər aktivdir və burada yazılan müraciətlərə reaksiya verilir.

Cənab prezident bu yaxınlarda bildirdi ki, rayonların birində ciddi problemlə bağlı mətbuatdan xəbər tutub. Həmin problemin həlli üçün tapşırıq verilib. Bu, açıq cəmiyyət olduğumuzu, vətəndaşla hakimiyyət arasında böyük bir əlaqə körpünün olduğunu göstərir. Cənab prezident vətəndaşların müraciətlərinin araşdırılmasında, problemlərinin həll olunmasında maraqlıdır.

Vətəndaşlar problemləri ilə bağlı, yerlərdə məmurların qanunsuz əməlləri ilə üzləşərlərsə, çəkinmədən mətbuat vasitəsilə ölkə başçısına müraciət edə bilərlər. Prezident müsahibə və çıxışlarında dəfələrlə medianı izlədiyini bildirib".

Aydın Mirzəzadə deyir ki, mətbuatda dərc olunan materiallar oxunur, analiz edilir, diqqətə götürülür: "Mən çox bəyənirəm ki, Daxili İşlər Nazirliyi vaxtaşırı bu və ya digər yerdə qanun pozuntusu ilə bağlı yayılan videolara operativ reaksiya verir. Mətbuat, sosial şəbəkə diqqətdə saxlanılır. Qaldırılan məsələ öyrənilir, məsələlərin həll edilməsi dövlətçiliyimizin möhkəm olması deməkdir. Vətəndaşımızın dövlətə, hakimiyyətə inamının möhkəmlənməsi deməkdir”. (musavat.com)

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər