hadise
15.11.2019
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən dogruxeber.tv-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini R.Şabanova noyabrın 13-də saat 1 radələrində rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək 200 manat dəyərində qızıl boyunbağısını aldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini S.Əsədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır./Trend


