Bakıda kimin əli kimin cibindən çıxır? – Cibgirliklə necə mübarizə aparaq?












Son günlər ictimai nəqliyyatlarda cibgirlik haları artıb. Bir neçə gün ərzində paytaxtın Nəsimi, Binəqədi, Xətai rayonları üzrə polis idarələrinə ictimai nəqliyyat vasitələrində mobil telefon, pul oğurlanması ilə bağlı daxil olan müraciətlər çoxalıb.

Xüsusən metroda oğurluq halları artmağa başlayıb. Yaranmış vəziyyət ictimai nəqliyyatdan istifadə edən vətəndaşların narahatlığına səbəb olub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxladıq.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dünyanın bütün iri şəhərlərində cibgirlik halları mövcuddur və onlarla mübarizə aktualdır:

“Cibgirlik, adətən, ictimai nəqliyyatda, insanların sıx olduğu ticarət mərkəzlərində baş verir. Cibgirlik viktomoloji zəmində - cinayət üçün münbit şəraitdə törədilən gizli talama əməlidir. Bu, insanların ehtiyatsızlığından və səhlənkarlığından yaranır. Üzərində olan qiymətli əşyanı, yaxud pulu digər şəxsin əlçatan olduğu yerdə gəzdirməsi bu əməlin törədilməsinə zəmin yaradır.

Dünyanın bütün iri şəhərlərində cibgirlər var və onlarla mübarizə aktualdır. Bakı cibgirlər üçün bir sıra Avropa və MDB ölkələrinin paytaxtları ilə müqayisədə, ən əlverişsiz şəhər hesab olunur, çünki onlara qarşı ciddi mübarizə aparılır”.

E.Hacıyevin sözlərinə görə, 2019-cu ilin doqquz ayı ərzində paytaxtda qeydə alınan cibgirlik halları 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 30,8 faiz azalıb:

“Paytaxtın nəqliyyat sisteminin əksəriyyətində videomüşahidə kameralarının mövcudluğu polisin bu istiqamətdə əməliyyat-axtarış işinin effektivliyini artırır. Müşahidə kameralarının olması həm də profilaktik əhəmiyyət daşıyır, cibgirliyi özləri üçün peşə seçənləri bu əməldən çəkdirir”.

Cibgirliklə məşul olan şəxslərin iş başında saxlanılması hallarına münasibt bildirən polis mayoru, bu işin kənardan göründüyü kimi asan olmadığını diqqətə çatdırıb:

“Cibgirləri “iş başında” yaxalamaq böyük peşəkarlıq tələb edir. Əvvəla, ona görə ki, cinayət faktını sübut etmək – cibgirin əlini başqasını cibində tutmaq asan məsələ deyil. Çünki o, hərəkət zamanı, diqqəti üzərindən yayındırmaq üçün müxtəlif qiyafələrdə olur.

Digər tərəfdən, onlar gün ərzində insanların sıx toplaşdığı müxtəlif məkanlarda gəzir, tez-tez yerlərini dəyişirlər. Bu mənada, paytaxtda cib oğurluğuna qarşı mübarizə, daxil olan müraciətlər üzrə onun araşdırılıb aşkar olunması, vətəndaşa dəyən ziyanın ödənilməsi diqqətimizdədir.

Ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində baş verən cibgirlik əməli insanın harada olmasından asılı olmayaraq, sıxlıq şəraitində baş verir. Tövsiyəmiz ondan ibarətdir ki, belə yerlərdə insan üzərində olan qiymətli əşyalara, yaxud pula nəzarət etməli, digər şəxslər bunu gördükdə vətəndaşlıq nümunəsi göstərməli, qanunsuz əməlin qarşısının alınmasına çalışmalıdır”.

Oxunub: 613

Son xəbərlər

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillər: Elmi yanaşma və müasir çağırışlar

Bakıda tıxacların yaranmasına əsas səbəb nədir? – Problemin görünən və gizli tərəfləri

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Tramp İranın təklifini qəbul etmədi

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Bütün xəbərlər