ADAU QARIŞDI! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ










Azərbaycan Dövlət Aqrar Universitetində ara qarışıb. Rektor İbrahim Cəfərov barəsindəki tənqidlərin təsirindən dəngəsini tam itirib.

Son günlər Universitet rəhbərliyinin yarıtmaz fəaliyyəti və nöqsanları barədə saytımızda, eləcə də bir sıra elektron KİV orqanlarında dərc edilən yazılar rektor İbrahim Cəfərov tərəfindən aqressiya və kin-küdurətlə qarşılanıb. Mənfi və arzuolunmaz nəticə artıq özünü biruzə verib. Belə ki, öz əyrintilərini düzənləməyən universitet rəhbərliyi heç bir doğal əsaslar olmadan bir neçə günahsız əməkdaşına hücuma keçməyə başlayıb. Hücumlar əsasən yayımlanan yazıların müəllifi, "Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğlunu tanıyanlara qarşı baş verir. Kim adıkeçən jurnalisti tanıyırsa ADAU-dan işdən qovulacağı hədələrini alırlar.

Bu barədə "Demokratik.Az"-la telefon əlaqəsi yaradaraq məlumat verən Yəhyayev Ramil Veyis oğlu universitetdə baş verənlərə öz kəskin iradlarını bildirib. "Hazırda mənim işdən çıxarılmağım barədə rektorluğa saxta və əsası olmayan ittihamlarla təqdimat verilib. Bunun əsasında da sizin rektor barədə saytınızda yayımladığınız əsaslı tənqidləriniz dayanır. Bəlkə yazmayasınız ki, bizim də başımız ağrımaya!? Çünki cənab İbrahim Cəfərov nədənsə yazdıqlarınızda məni və bir neçə əməkdaşımızı müqəssir bilir. Amma siz də bilirsiniz ki, mənim yayılan xəbərlərin saytınıza ötürülməsində uzaqdan-yaxından əlaqəm yoxdur. Əgər varsa, qorxmuram, ictimailəşdirin ki, yaydığınız faktlarda mən informator olmuşam. Axı olmamışam. Özüm 3-cü qrup əliləm, əslən də Ağdamın erməni işğalında olan Salahlı kəndindənəm. Universitetin 2 saylı yataqxanasında nəzarətçi ştatı üzrə (0, 5 ştat vahidi) 136 manat da maaş alıram. Rektorun məni işdən qovmaq istəyini anlamıram və dediklərimin ictimailəşdirməyinizi xahiş edirəm".

Saytın rəhbəri Osman Nərimanoğlu isə bildirib ki, tənqidə görə rektorun belə bir davranışı onun hansı idarəçilik qabiliyyətində olduğunu, hansı demokratik dəyər daşıyıcısı olduğunu göstərir. Dost olsa da, kimisə universitetdən məlumatlar ötürməkdə şübhəli bilmək, kimlərisə incitməyin repressiv və ədalətsiz basqı olduğunu ifadə edən jurnalist rektor İbrahim Cəfərovun etdiklərini kəskin şəkildə qınayıb və universitet rəhbərliyini tənqidlərə dözümlü olmağa, hər kəsə qarşı qanuni və sayğılı davranmağa dəvət edib.

Bildirək ki, ADAU-nun magistr tələbəsi Ramil Yəhyayev bu barədə özünün fb səhifəsində də qəzəbli və lakonik status paylaşıb.

Həmin paylaşımı da təqdim edirik:

"Rektor İbrahim Cəfərov ADAU kollektivinə müharibə elan etdi ! Rektor bütün günü mən tələbənin adamıyam deyir amma bu gün şər böhtan ataraq məni işdən azad etmək isdəyir. Pratakol tərtib etdirib və məsələni qaldırıb. Gör kimlər təqdimat yazıb komendat Fizuli bütün günü tələbələrdən kartof daşıdan və bir neçə nizam intizamı yerində olmayan tələbələr məndən təqdimat yazır. Qoy yazsınlar Azərbaycan Məhkəməsi və Dövlət orqanına deyərlər görək təqdimatın nə qədər əsaslı olub olmaması. Bu dəfə barışıq olmayacaq!"
ADAU QARIŞDI! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ






Onu da bildirək ki, bu hal son günlər rektor İbrahim Cəfərovun universitet kollektivinə qarşı ilk hücumu deyil, rektor ADAU-da çalışan və jurnalist Osman Nərimanoğlu ilə dostluq münasibətində olan bir neçə şəxsə qarşı da analoji hərəkətlər edir, prezidentin ona etimad etdiyi rektorluq səlahiyyətlərini kollektivə qarşı basqı mexanizmi kimi istifadı edir./demokratik.az/

Oxunub: 785

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər