Almaniyadan 300 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib















Almaniyanın Bavariya əyalətindən deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 300-ə çatıb.

dogruxeber.tv-ın məlumatına görə, son iki həftə ərzində sözügedən əyalətdən iki təyyarə reysi ilə Azərbaycana göndərilənlər sığınacaq istəyi rədd edilənlər, barələrində məhkəmə qərarı olanlar, eyni zamanda uzun illərdir Almaniyada qanunsuz və kimlik məlumatlarını düz təqdim etməyənlər olublar.

Bavariyada azərbaycanlıların mənzillərinə gedən polis və miqrasiya xidmətinin əməkdaşları gecə saatlarında onları Münhen hava limanına aparıblar.

Qeyd edək ki, deport olunan azərbaycanlıların əksəriyyəti 3-4 nəfərlik ailələrdən ibarətdirlər.

Onların arasında könüllü şəkildə Azərbaycana qayıtmaq istəyənlər də olub. Həmin şəxslər Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) əməkdaşlarının müşayiəti ilə hava limanına gətiriliblər.

Xatırladaq ki, noyabrın 14-də Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub./Trend

Oxunub: 775

Son xəbərlər

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Bütün xəbərlər