Sənətçilərimiz dəhşətli hadisə üçün ayağa qalxdı – Vilayət Eyvazova müraciət olundu













Dünəndən bəri sosial şəbəkələrdə yayılan azyaşlı uşağın işgəncəyə məruz qalması ilə bağlı video böyük səs-küyə səbəb olub. Ağcabədidə baş verdiyi deyilən hadisəyə azərbaycanlı məşhurlar da səssiz qalmayıb.

Əməkdar artist Mətanət İsgəndərli pərişan halda kamera önünə keçərək sosial şəbəkədə yayılan görüntüdə azyaşlını lüt uzadıb, tapdalayan qadının tapılıb cəzalandırılmasını rica edib:Bir alçaq, bir Allahsız, şeytan uşağı qoyub ayağının altına tapdalayır. Ürəyim parçalandı. Buna insan tab gətirə bilməz. Nə olar onu tapın, o uşağa kömək edin, yalvarıram. Allah belələrinin cəzasını versin. Bayaqdan özümə gələ bilmirəm. Bunu heç düşmən düşmənə etməz”.

Əməkdar artist Mehriban Xanlarova da həmin görüntüləri paylaşaraq Daxili işlər naziri Vilayət Eyvazovdan yardım istəyib:

“Videonu ürək ağrısı ilə izlədim, dəhşətə gəldim. Və ən əsası isə mən anlaya bilmirəm necə olur ki, bu murdar məxluq uşağa bu cür işgəncə verir, kimsə də videoya çəkir? Videoya çəkən insan niyə müdaxilə etmir? Həqiqətən anlaya bilmirəm. İllərlə övlad həsrətində olan insanlar var. Qurban olum Allahın məsləhətinə. Mən aidiyyatı orqanlardan və şəxsən cənab nazir Vilayət Eyvazovdan öz adımdan bütün Azərbaycan xalqının adından xahiş edirəm bu məsələni araşdırsınlar”.

Videoya reaksiya verənlər arasında aparıcı Fira (Firuzə Cəlilova), ekstrassens Bayram Nurlu, aktyor Sərxan Kərəmoğlu da olub.

Tanınmış prodüsser-teleaparıcı Tarix Əliyev (Tolik) isə sosial şəbəkədə bu hadisənin Azərbaycanda baş vermədiyini iddia edib: “Deyirəm ki, bizə düşmən lazım deyil. Bilib-bilmədən hamıya hay gəldi, Ağcabədinin adını çıxardılar. Kimsə yazıb, hamı da Ağcabədi polisinə müraciət etdi. Bəsdir, “İnstagram”da özümüzü vəhşi kimi tanıtdıq. O hadisə Moskvada olub, Azərbaycanda yox!”

Oxunub: 734

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər