Faciəvi şəkildə ölən gənc həkimin anası ədalətin bərpa olunacağına inanır








Gənc həkim Lalə Sadayzadənin ölümünə səbəb olan 18 yaşlı sürücü Sabir Talıblının barəsindəki apellyasiya şikayətinə baxışın vaxtı məlum olub.

Bu barədə virtualaz.org-a mərhumun anası Gülsüm İsmayılova məlumat verib. Şikayətə dekabrın 24-də hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

Bu il noyabrın 13-də Ali Məhkəmədə zərərçəkmiş tərəfin kasassiya şikayətinə və Baş Prokurorluğun protestinə baxılıb. Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, zərərçəkmiş tərəfin kassasiya şikayəti və Baş Prokurorluğun protesti təmin edilib, iş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarılıb.

Mərhumun anası Gülsüm İsmayılova virtualaz.org-a açıqlamasında məhkəmənin ədalətli qərar çıxaracağına ümid etdiyini söyləyib: “Bu dəfə inanıram ki, haqq-ədalət bərpa ediləcək, övladımın qatilinə layiqli cəza veriləcək, onu məhkəmə zalında həbs edəcəklər. Qızımın qatilinin tez bir zamanda həbsə göndərilməsini istəyirəm”.



G.İsmayılova dəfələrlə əlaqədar qurumlara şikayət ünvanladığını, iki dəfə Prezident Adminstrasiyasında qəbulda olduğunu, hər dəfə hörmətlə qarşılandığını bildirib: “Mənə dedilər ki, bu işə ədalətlə baxılacaq, təqsirləndirilənə lazımi cəza veriləcək. İnanıram ki, belə də olacaq. Çünki Baş Prokurorluq da protest verib. Prokurorluğun protesinin təmin ediləcəyinə, ədalətin bərqərar olacağına, övladımın qanının yerdə qalmayacağına ümid edirəm”.

Qeyd edək ki, qəza hadisəsi bu il yanvarın 18-də Səbail rayonunun Parlament prospektində - Lalə Sadayzadənin işlədiyi Mərkəzi Klinik Xəstəxananın qarşısından keçən küçədə, piyada zolağında baş verib. Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən həkim-kardioloq Lalə Sadayzadəni vurub. Nəticədə gənc həkim hadisə yerində ölüb.

L.Sadayzadənin ölümünə səbəb olan sürücü Sabir Talıblı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.



Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı ilə Sabir Talıblının cəzası dəyişdirilərək 4 il 6 aya endirilib. Həmçinin, məhkəmə S.Talıblının cəzasını cəzaçəkmə müəssisəndə deyil, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarıb.

Baş Prokurorluq həmin qərardan Ali Məhkəməyə kassasiya protesti, zərərçəkmiş tərəf isə kassasiya şikayəti verib.

Xatırladaq ki, 28 yaşlı Lalə Sadayzadə Azərbaycan Tibb Universitetini bitirib, öz bilik və bacarığı sayəsində oxuyub, Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahiyyəsi şöbəsində həkim-kardioloq kimi işə qəbul olunub. Faciəli ölümündən cəmi iki ay öncə ailə qurub...

Son xəbərlər

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Bütün xəbərlər