Bərdə Rayon Təhsil Şöbəsinin "əzəli" və “əbədi” müdiri Rzaqulu Şərifova heç kmin gücü çatmır- Müqaviləsi daha 1 il uzadıldı...





Nə kəramətdirsə, Bərdə Rayon Təhsil Şöbəsinin "əbədi” və Artur Rasi-zadə erasından qalmış müdiri Rzaqulu Şərifovun müqaviləsini 1 il daha uzatdılar.

dogruxeber.tv bildirir ki, reportyor.info-nun verdiyi xəbərə görə, facebook-dakı Təhsil İslahatları səhifəsində məlumat yayılıb. Şərhlərdə bərdəlilərin ironiyası ilə qarşılanan məlumatda deyilir ki, R.Şərifovun yanvarda ad günü olacaq.

Səhifənin admini bərdəli birinə istinadla yarızarafat, yarıciddi yazır ki, müqavilənin bir il uzadılması yəqin, ad günü hədiyyəsidir.

"Sizin sayənizdə bütün inamım hər şeyə öldü.Bütün düzgünlər,inandığım hər şeyə tüpürdüm…

Etmək istədiklərim,qurmaq istədiklərim sayənizdə puç oldu. Birinin 1 manatına tamah salmadım, ancaq düzgünlük naminə çalışdım,şəffaflıq naminə çalışdım.

Hamısının içinə etdilər. Vallah, nə mübarizənin,nə o işin bir mənası olmur. Siz düzgün edirmişsiniz,biz əyri edirmişik.

Mehman Gözəlov kimi müəyyən "damğalar”vurulub çıxmaq istəmirəm, mənə də nə etsən,nə edə bilsən, halalındır. Tüpürüm o işləməyə ki,yenidən sizlə,qanuna həsrət işləyəcəm!”

Bu qeydin müəllifi kimdirsə, görünür, Bərdə təhsilində işləyən insandır və ürək yanğısı ilə vəziyyətin acınacaqlığını ifadə edib.

Onun sözlərindən aydın olur ki, R.Şərifov Bərdə təhsilinin qəbrini qazıb, baş daşını qoyub, çoxdan dəfn edib və onun rəhbərliyinin 1 il də uzadılması faciənin davamiyyətinin rəsmiləşdirilməsidir.

O, həmin R.Şərifovdur ki, oğlu harınlamış məmur övladları kimi məktəbə məxsus 09 AA 089 dövlət nömrə nişanlı avtomobillə qəza törətməsi ilə ad çıxarmışdı.

Birinci sinif şagirdləri qış mövsümünə məktəb otaqlarını isitmək üçün dərs çantalarında kitab yox, odun və ya neft gətirirlər.

Hər ay jurnal pulu, təmir pulu, təhsil şöbəsindən gələn inspektorları yola salmaq üçün şagirdlərdən pul yığılır.

Bir müddət əvvəl məktəb direktorları büdcədən təhsilə ayrılan 60 min manat təsərrüfat xərcini həzm rabedən keçirmişdilər.

Bərdə rayonunun əsasən kənd məktəblərində dərsə davamiyyət çox aşağı səviyyədədir. Yuxarı siniflərin bəzi şagirdləri var ki, məktəb üzü görməsələr də adları sinif jurnalında əksini tapıb və sonda bir sıra yollarla attestata sahiblənirlər.

Bir müddət əvəvl də Xalid Vahidoğlu adlı vətəndaş Bərdə təhsilindəki vəziyyəti tənqid etmişdi:

"Bərdə rayonunda Rzaqulu Şərifov adlı şəxs var. Uzun müddət məktəb direktoru və 2013-cü ildən isə Bərdə rayon Təhsil şöbəsinin müdiri işləyib.

Axtarış sistemində bu şəxsin adı ilə axtarış verəndə rüşvət, korrupsiyadan tutmuş təhsil işçisinin adına yaraşmayan o pis əməl yoxdur ki çıxmasın”.

Oxunub: 663

Son xəbərlər

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillər: Elmi yanaşma və müasir çağırışlar

Bakıda tıxacların yaranmasına əsas səbəb nədir? – Problemin görünən və gizli tərəfləri

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Tramp İranın təklifini qəbul etmədi

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Bütün xəbərlər