Yüzlərlə vətəndaş "Holcim Azərbaycan"ı məhkəməyə verir













"Holcim Azərbaycan" ASC-nin fiziki şəxs səhmdarları hüquqlarının pozulmasından və uzun illərdir dividend ödənilməməsindən şikayət edirlər. Onların ASC-nin rəhbərliyi ilə aparılan danışıqları nəticəsiz qalıb.

"Marja” xəbər verir ki, ötən şənbə günü fiziki şəxs səhmdarlar yığncaq keçirərək çıxış ediblər.

Yığıncaqda qocaman səhmdar Mənsumov Mirzağa bildirib: "Bizim mübahisəmiz ödənilməyən dividendlər haqqındadır. Qaradağ Sement Zavodunu idarə edən "Holcim Azərbaycan"nın rəhbəri hər iki ildən bir dəyişir. Hər yeni direktor vəd verir, amma heç biri verilən vədə əməl etmir, çıxır gedir ölkəsinə, bunun sonu olmalıdır. Şirkət son 20 il ərzində cəmi 3 dəfə dividend ödəyib. Ölkə rəhbərliyi iş adamları üçün ölkədə şərait yaradıb. Xarici investorların ölkəmizdə işləməsini alqışlayırıq. Amma nə üçün bizim halal haqqımızı vermirlər?”.

40 il həmin zavodda işləyən biri kimi deyə bilərəm ki, Qaradağ Sement Zavodu zərər ilə işləyə bilməz. Çünki sement istehsalında istifadə edilən xammalar Azərbaycanın özündədir. Bizə verilən məlumata görə yeni zavod 450 milyon manat avroya tikilib. 450 milyon avroya tikilən yeni zavod böyük xərclə işləməməlidir. Bizə hər il deyirlər ki, zavod zərər ilə işləyir. Sement zavodu zərər ilə işləyə bilməz. Xahiş edirəm əlaqədar təşkilatlar buna baxsınlar”.

Səhmdar Elşad Əliyev deyib: "Qərara gəlmişik ki, haqqımızı tapdaladıqlarına, zavodu səriştəsiz idarə etdiklərinə görə "Holcim Azərbaycan" ASC-yə qarşı iş açaq. 250-dən artıq səhmdar imza atıb.Yaxın günlərdə onların imzaları ilə məhkəməyə müraciət edəcəyik. Biz sakit dayanmamşıq. Bir sıra dövlət orqanlarına müraciət edib cavablar alırıq”.

Səhmdar Akif Nəcəfli bildirib: "Böyük bir şirkət 1 milyon, 7 milyon gəlir göstərir. Bu bizi alçaldır. Balaca şirkətin gəliri Qaradağ Sement Zavodunun gəlirindən çoxdur. Vergilər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Bazarlarına Nəzarət Palatsaına yazmışıq.Hətta İcra Hakimiyyətində olmuşuq. Bizi vəkil ilə təmin edəcəklərini bildiriblər. Təəssüflər olsun ki, dövlət qurmları məsələni "bizim səlahiyyətimizdə deyil” bildirərək bir-birlərinə göndərirlər”.

"Yerli icra hakimiyyəti orqanları haqqımızı tələb etməyimizdə bizə kömək etmirlər”, -yığıncaqda bildirilib.

Yığıncaqda, məhkəmənin səhmdarların hüquqlarını bərpa edəcəyinə ümid olduğu qeyd edilib. Azərbaycanda məsələ həll edilməsə Avropa Məhkəməsinə müraciət edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək "Holcim Azərbaycan" ASC-nin fiziki şəxs səhmdarları Bakıda İsveçrə səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qəbulunda olublar.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər