“Şirkətlərin narazılığına səbəb olur” - Agentlik vədinə niyə əməl etmir?






“Şirkətlərin narazılığına səbəb olur”
2020-ci ilin yanvarında Bakıda işləyən avtobusların böyük əksəriyyətinin gediş üçün kart ödəniş sisteminə keçməsi gözlənilir. Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatına görə, bundan sonra Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi tam şəkildə işə salınmalı, xüsusən dayanacaqlarda quraşdırılmış monitorların işi təmin edilməlidir.

Bəs ghörəsən, hazırda vəziyyət necədir? BNA bu istiqamətdə hansı işlər görür, hansı yeniliklər gözlənilir? Çatışmazlıqlar nələrdir?

Mövzu ilə əlaqədar “Yeni Sabah”a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bu sahədəki çatışmazlıqlardan danışıb. O, agentliyin bu problemi vəd etdiyi müddətdə həll edə bilmədiyini deyib:

“Bu vaxt aparan işdir. Təxminən bir il öncədə BNA açıqlama verirdi ki, bu, çox qısa müddətdə həllini tapacaq. Amma görünür, texniki problemlər və bu istiqamətdə atılmalı olan zəruri addımlar bu prosesi ləngidib. Bu da kart sistemində işləyən avtobusların məxsus olduğu şirkətlərin digər şirkətlərə nisbətən narazılığına səbəb olur.

Məsələn, bir avtobus artıq kart sistemində işləyir və daha az qazanır, digəri isə keçməyib, əvvəlki qayda da pulunu qazanır. Bu da tərəzinin nizamını pozur. Mən ümid edirəm ki, yeni ildə bu məsələ öz həllini tapacaq. Ancaq dediyim kimi, buna çox ciddi maliyyə vəsaiti lazımdır. Məndə olan məlumata görə, BNA bu alıavadanlıqları, həm Türkiyədən, həm də Yaponiyadan, Çindən alır. Daha uyğun qiymətə və sürətli gətirilməsi üçün çalışılır. Bu proses yaxınlarda başa çatacaq. Amma bunun başa çatması ilə bərabər texniki xidməti və dəstəyi olmalıdır. Kartların yüklənməsi üçün insanlara şəarit yaradılmalıdır. Növbələr olmamalıdır, insanlar mobil telefonlar, poçt və s. vasitəsi ilə də bu prosesi həyata keçirə bilməlidirlər. Çünki hər bir dayanacağa o avadanlığı quraşdırmaq mümkün deyil. Hazırda hər dayanacaqda da avadanlıq yoxdur”.

Məsələ ilə bağlı BNA-nın Nəqliyyat İinfrastrukturunun Təşkili şöbəsinin sektor müdiri Vüqar Məmmədzadə bildirib ki, bu proses mərhələli şəkildə olacaq:

“Ümumilikdə hazırda bütün dünayada sərnişindaşıma elektron qaydada idarə olunur. Artıq bu iş BNA tərəfindən başladılıb. İşlər iki istiqamətdə gedir. Birinci istiqamət avtobuslarda kabelləşmə işlərinin həyata keçirilməsi, ikincisi isə avtobuslarda proqram təminatının yaradılmasıdır. Artıq bu işlər demək olar ki, yekunlaşıb. Sadəcə bir neçə avtobuslarda kabelləşmə işi qalmaqdadır.

Bilirsiz ki, artıq 39 və 202 nömrəli avtobuslar da kart sisteminə keçdi. 2020-ci ildən etibarən mərhələli şəkildə bütün sərnişindaşımaya bir mərkəzdən nəzarət edəcəyik. Qeyd edirəm ki, Bakı şəhərində fəaliyyət göstərən bütün şəhərdaxili və şəhərətrafı marşurutlar kart sisteminə keçidi nəzərdə tutulur. Gələn ildən etibarən 38, 67, 46 nömrəli marşurutların kart sisteminə keçilməsini nəzərdə tutmuşuq. Ancaq mərhələli şəkildə bütün marşurutkar kart sisteminə keçəcək”.

BNA-nın Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev də kart sisteminə keçidin bir çox problemlərin həlli olduğunu deyib:

“Kart sistetmi ilə bağlı bildirim ki, bu istiqamətdə ciddi iş gedir. Təbii, kart sisteminə keçid bu gün sərnişindaşımada mövcud olan bir çox problemlərin birdəfəlik həlli deməkdir”.

Son xəbərlər

Bakıda yeni parkın salınmasına 49 milyon manatdan çox vəsait xərclənəcək - Bəzi tikililər söküləcək

4 ayda əhali avtomobil benzininə 1,3 milyard manata yaxın pul xərcləyib

“Leyla” ana olacaq

“Sabah” 10 oyundur “Neftçi”yə uduzmur

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd ediləcək

Bakıdakı çimərliklər mövsümə hazırdır

İtkin-şəhid Rafiq Cəfərovla vida mərasimi keçirilir

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Prezident İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir

TDT-nin Baş katibi: Zəngəzur dəhlizinin inkişafı strateji əhəmiyyət daşıyır

Mbappedən qalmaqallı açıqlama

Daha bir təyyarə qəzası

Yeni yol çəkilir

“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

Azərbaycanlı zəvvarların Həcc ziyarəti proqramı açıqlandı

Zaur Əliyev yüksək vəzifəyə təyin olundu

Dövlət Xidməti Balakəndə gənclər üçün tədbir keçirdi

Bakı metropoliteninin iş rejimi WUF13 günlərində dəyişdiriləcək

Qiyməti balıqdan dəfələrlə ucuz, faydası isə eyni

Bu şəxslər ayda 1000 manat mükafat alacaq

Dollar almaq istəyənlərin nəzərinə

Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır

Premyer Liqa: XXXII tura iki qarşılaşma ilə start verilir

Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi

Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…

Azərbaycanda texnogen hadisələr 21 faiz azalıb

Maaşlar nə zaman artırılacaq?

Gəncədə 15 yaşlı qızı vuran maşının sürücüsü hadisə yerindən qaçıb

Sabahdan bəzi yerlərə yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Trampdan sonra Putin də Çinə gedir

Bütün xəbərlər