gundem
30.12.2019
Prezident İlham Əliyev Bakının daha bir parkında aparılan yenidənqurma işləri ilə tanış olub (FOTO)

Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonundakı Səttar Bəhlulzadə küçəsi, Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən parkda aparılan yenidənqurma işləri ilə tanış olub.
Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.



