hadise
11.01.2020, 12:05
Qəçrəşdə istirahət mərkəzində yanğın baş verdi

Quba rayonunun Qəçrəş kəndində, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 170 m² olan mətbəxin tavanı 30 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən dogruxeber.tv-a məlumat verilib.
Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


