Sabah seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır












Sabah Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır.

Metbuat.az bildirir ki, Seçki Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, dairə və məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalanadək hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.



Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət yanvarın 15-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, Seçki Məcəlləsinin 46.5-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları (müvafiq icra hakimiyyəti və bələdiyyə qurumlarının seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında) səsvermə gününə azı 25 gün qalanadək, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi prosesini başa çatdırmalıdır. Məntəqə seçki komissiyaları tərəfindən (hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisəsi rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında) hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi səsvermə gününə azı 20 gün qalanadək təmin edilməlidir. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət yanvarın 20-dək olan dövrü əhatə edir.(Apa)

Oxunub: 782

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər