"Nobel mükafatı Qorbaçovdan geri alınsın..." - Prezidentin köməkçisindən AÇIQLAMA











"20 Yanvara Sumqayıt hadisələrindən başlayan və Xocalıda davam edən hadisə kimi baxmaq lazımdır”.


DoğruXəbər.az-ın məlumatına görə, bunu bu gün ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilirdi və bu proses Dağlıq Qarabağda da gedirdi: "Məhz Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu proseslər həyata keçirildi. 20 Yanvara hərbi nöqteyi-nəzərdən də baxmaq lazımdır. Bakının yad şəhər kimi işğalı kimi bir plan hazırlanmışdı. Tank və digər birləşmələrdən istifadə edildi, yalnız artilleriya çatmırdı. Məqsəd insanları küçələrdə kütləvi şəkildə öldürmək idi. Bu proses həm də informasiya blokadası şəraitində həyata keçirildi. Xarici jurnalistlər Moskvada akkreditasiyada idi və Bakıya buraxılmamışdılar. Çox az sayda jurnalistin fədakarlığı nəticəsində Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə getməsi və Heydər Əliyev orada mətbuat konfransı keçirəndən sonra beynəlxalq mediada fərqli mənzərə yarandı. Beynəlxalq mediada qeyd edildi ki, Bakıda faciə törədilib. Oktyabrın 15-də isə Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil”.


H. Hacıyevin sözlərinə görə, sovet hökumətinin istəyi Azərbaycan xalqının iradəsini qırmaq olub: "Ancaq bu, mümkün olmadı. Biz müstəqilliyə nail olduq. Biz müstəqilliyimizi qorumalıyıq. Müstəqilliyin qorunması çətin vəzifədir. Müstəqilliyimizin qorunması uğur hekayəsidir və Azərbaycan bir uğurdan digərinə keçir. Biz qürur duyuruq ki, 20 Yanvarda şəhidlərimiz müstəqilliyimiz uğrunda şəhid olublar”.


Qeyd edək ki, sülh sahəsindəki Nobel mükafatı Norveç parlamentinin (Stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur.
Sfera.az

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər