Nazirlə deputatın biznes ortaqlığı üzə çıxdı – Qarayevin Panamadakı şirkəti










Nazirlə deputatın biznes ortaqlığı üzə çıxdı Azərbaycanda məmurların və deputatların böyük biznes şəbəkələrinə malik olmaları yeni məsələ deyil. Bu mövzuda mətbuatda və sosial şəbəkələrdə çoxsaylı faktlara və iddialara rast gəlmək mümkündür.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli son sosial şəbəkə paylaşımında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevlə deputat Hüseynbala Mirələmovun ortaq biznesinin olduğunu iddia edib.

O, qeyd edib ki, nazirlə deputatın Panamada qeydiyyatdan keçən şərikli şirkətinin Bakıdakı filialına YAP-ın Xətai rayon təşkilatının aparat rəhbəri Mayıl Kərimov nəzarət edir və bununla bağlı Vergilər Nazirliyinin rəsmi reyestrindəki qeydləri paylaşıb.

Jurnalist həmçinin, sözügedən şirkətin Panamada Əbülfəs Qarayevin adına qeydiyyatdan keçdiyini təsdiqləyən məlumatı paylaşımına əlavə edib.

Xatırladaq ki, 75 yaşlı Hüseynbala Mirələmov bundan öncə 3 çağırış Milli Məclisin deputatı olub. Fevralın 9-da keçiriləcək seçkiyə də qatılan Mirələmov artıq 4-cü dəfə parlament üzvü olmağa hazırlaşır.

C.Həsənlinin nazirlə deputatın ortaq biznesilə bağlı paylaşımını təqdim edirik: “Deputatlığa namizəd deputat Hüseynbala Mirələmov və Mədəniyyət naziri Əbülfəs Qarayevin Panamada fəaliyyət göstərən RİMBA S.A. şirkətinin Azərbaycanda filialı da var.

Offşor şirkətin filialı 2005-ci il fevralın 9-da Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı Şəhəri Səbail Rayonu, Əhəd Yaqubov, ev 83-dür. Filialın qanuni təmsilçisi

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının aparat rəhbəri və hakim partiyanın seçkilərdə səlahiyyətli nümayəndəsi Mayıl Qəşəm oğlu Kərimovdur.

Nazirlə deputatın şərikli şirkəti - RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir.”

Bu məlumatda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Azpolitika

Son xəbərlər

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Bütün xəbərlər