Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının açılışına altı ay qalır





Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının açılış mərasiminə altı ay qalması münasibətilə yanvarın 24-də təşkilatçılar tərəfindən böyük atəşfəşanlıq təşkil edilib. Tokio körfəzində quraşdırılmış Olimpiya embleminin işıqları yandırılıb.
Tədbiri açıq elan edən Tokionun qubernatoru Yuriko Koike bəyan edib ki, Olimpiya Oyunlarına hazırlıq planda nəzərdə tutulduğu ardıcıllıqla davam edir. Bəzi problemlərin hələ də qalmasına baxmayaraq, ictimaiyyət bu yarışlara böyük maraq göstərir. Olimpiya məşəli estafetinin martda başlayacağını xatırladan xanım qubernator qarşıdakı altı ayın bir göz qırpımında keçəcəyini vurğulayıb, hamını yarışların uğurlu alınması üçün hamını əməkdaşlığa çağırıb. Y.Koike əmin olduğunu bildirib ki, bütün dünyanın böyük maraqla izləyəcəyi yarışlar yüksək səviyyədə keçirilərək, əsl idman, sülh və dostluq bayramına çevriləcək.
Bundan sonra Tokio körfəzi üzərində beş dəqiqə davam edən atəşfəşanlıq olub, Tokio qülləsi, Göyqurşağı körpüsü və yeni Olimpiya emblemi əlvan rənglərə bürünüb.
İyulun 24-dən avqustun 9-dək təşkil olunacaq Olimpiya Oyunları ilə əlaqədar ölkə daxilində keçirilən iki lotereya nəticəsində təqribən beş milyon bilet artıq satılıb ki, bu da ümumi biletlərin yarısını təşkil edir.
Rəsmilərin bildirdiyinə görə, Olimpiya və Paralimpiya oyunları üçün inşa edilən obyektlərdə işlərin yubanması barədə informasiyalar çətin ki, bir də qəzetlərin manşetinə düşsün. Çünki Yaponiya paytaxtında inşa edilən doqquz yeni obyektdən yalnız ikisində işlərin martda yekunlaşacağı gözlənilir. Atletlər kəndində tikilən 21 binadakı mənzillər isə iyulun 14-də idmançıları qarşılamaq üçün qapılarını açmağa artıq hazırdır.
Oyunlara hazırlıqla əlaqədar təhlükəsizliyin təmin olunması məqsədilə Yaponiya Sahil Mühafizəsi Xidməti yanvarın 24-də Tokionun Takeşiba dəniz vağzalında - Atletlər kəndinin yaxınlığında sərnişin gəmisində antiterror təlimləri keçirib.
Bununla yanaşı, Çinin Vuhan şəhərindən dünyaya yayılan yeni koronovirusla bağlı Tokio paytaxt hökuməti fövqəladə iclas keçirib. Yaponiyada həmin virusa yoluxma ilə əlaqədar ikinci hal qeydə alınıb. Bu ölümcül virusun həm Çində, həm də onun hüdudlarından kənarda sürətlə yayılmasına baxmayaraq, Y.Koike jurnalistlərə bildirib ki, paytaxt hökuməti risklərin idarə olunmasını öz üzərinə götürmək üçün bütün lazımi addımları atacaq.
Bununla yanaşı, mütəxəssislər yarışların təşkili ilə bağlı digər problemlərin də olduğunu bildirirlər. Bunların arasında, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) göstərişinə əsasən, marafon və idman yerişi üzrə yarışların Sapporo şəhərinə köçürülməsini xüsusi qeyd etmək lazımdır.
Xatırladaq ki, ötən ilin oktyabrında BOK Tokioda yay aylarında havanın çox isti olmasını nəzərə alaraq, həmin idman növləri üzrə yarışların yerinin dəyişdirilməsi barədə qərar qəbul edib. Buna səbəb kimi bir ay əvvəl Dohada keçirilən qadın marafonu üzrə dünya çempionatı zamanı kəskin istilərlə əlaqədar onlarla idmançının səhhətində ciddi problemlərin yaranması göstərilib.
Olimpiadanın təşkilatçıları Sapporoda keçiriləcək yarışların yüksək səviyyədə baş tutması üçün lazım olan bütün tədbirləri – təqribən iki min idmançının qalması üçün yaşayış yerlərini, nəqliyyat və ərzaq təminatı kimi problemləri həll etməli olublar.
Tokionun daxilində də nəqliyyatın hərəkəti ilə bağlı problemlər həllini gözləyir. BOK-un sessiyasında məhz nəqliyyatın təmin edilməsi və günvurmaya qarşı tədbirlərə xüsusi diqqət yetirilib.
Yanvarın 24-də “Gracenote” analitik mərkəzi medallar barədə proqnozunu dərc edib. Burada da Yaponiyanın öz məqsədinə çataraq rekord sayda - 30 qızıl medal qazanacağı əksini tapıb. Həmin proqnoza görə, ev sahibləri 65 medal uğrunda mübarizə aparacaqlar. Medal qazananlar siyahısında yapon idmançılar ABŞ, Çin və Rusiyadan sonra qərarlaşacaqlar.
Qeyd edək ki, Tokio Olimpiadası Yaponiyanın şərqində yerləşən doqquz prefekturada, paytaxtda 24, onun kənarında isə 17 məkanda təşkil ediləcək. Paralimpiya Oyunlarının da paytaxt Tokio ilə yanaşı, digər prefekturalarda keçiriləcəyi bildirilir. Təşkilatçılar tərəfindən yarışların fasiləsiz təşkilinə nail olmaq məqsədilə hər iki yarış ərəfəsində 56 sınaq tədbirinin keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, Oyunlar 47 prefekturanın 478 şəhərinin “Ev sahibi şəhər” (Host town) proqramına qoşulması nəticəsində ümummilli tədbirə çevriləcək. Həmin proqram çərçivəsində 163 ölkədən və ərazidən gəlmiş idmançıların müxtəlif mədəni tədbirlərə qatılması da nəzərdə tutulur.
“Bərpa məşəli” adı almış və 121 gün davam edəcək Olimpiya məşəli estafetinin Yaponiya seqmenti martın 26-da Fukuşima prefekturasının 2011-ci il zəlzələsindən və atom qəzasından sonra fövqəladə vəziyyətlə bağlı qərargaha çevrilmiş “J-Village” futbol məşqləri mərkəzindən başlayacaq. Həmin estafet zamanı yanacaq kimi hidrogendən istifadə olunacaq. Bu həmin yanacaq da Fukuşima prefekturasının Namie yaşayış məntəqəsində istehsal edilib və məşəlin bu şəhərdən keçməsi də nəzərdə tutulur. Yaponiyanın bütün prefekturalarını əhatə edəcək məşəl estafetinə təqribən 10 nəfərin qatılacağı bildirilir.
Məşəlin Yaponiyaya çatacağı tarixdə - martın 20-də Hərbi-Hava Qüvvələrinin “Blue Impulse” pilotaj qrupu Olimpiya emblemini səmada təsvir etməyi planlaşdırır. Bununla əlaqədar yanvarın 24-də Miyaqi prefekturasının Matsuşima bazası üzərində keçirilən təlimlər zamanı bu təsvir artıq canlandırılıb.
Yarışların rəsmi açılış və bağlanış mərasimləri isə tikintisi artıq yekunlaşmış 60 min yerlik Yeni Milli Stadionda baş tutacaq.

Son xəbərlər

Bakıda yeni parkın salınmasına 49 milyon manatdan çox vəsait xərclənəcək - Bəzi tikililər söküləcək

4 ayda əhali avtomobil benzininə 1,3 milyard manata yaxın pul xərcləyib

“Leyla” ana olacaq

“Sabah” 10 oyundur “Neftçi”yə uduzmur

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd ediləcək

Bakıdakı çimərliklər mövsümə hazırdır

İtkin-şəhid Rafiq Cəfərovla vida mərasimi keçirilir

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Prezident İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir

TDT-nin Baş katibi: Zəngəzur dəhlizinin inkişafı strateji əhəmiyyət daşıyır

Mbappedən qalmaqallı açıqlama

Daha bir təyyarə qəzası

Yeni yol çəkilir

“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

Azərbaycanlı zəvvarların Həcc ziyarəti proqramı açıqlandı

Zaur Əliyev yüksək vəzifəyə təyin olundu

Dövlət Xidməti Balakəndə gənclər üçün tədbir keçirdi

Bakı metropoliteninin iş rejimi WUF13 günlərində dəyişdiriləcək

Qiyməti balıqdan dəfələrlə ucuz, faydası isə eyni

Bu şəxslər ayda 1000 manat mükafat alacaq

Dollar almaq istəyənlərin nəzərinə

Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır

Premyer Liqa: XXXII tura iki qarşılaşma ilə start verilir

Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi

Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…

Azərbaycanda texnogen hadisələr 21 faiz azalıb

Maaşlar nə zaman artırılacaq?

Gəncədə 15 yaşlı qızı vuran maşının sürücüsü hadisə yerindən qaçıb

Sabahdan bəzi yerlərə yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Trampdan sonra Putin də Çinə gedir

Bütün xəbərlər