Dollar yüksəlişdə: Manatı nə gözləyir? - TƏHLİL




Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşmanın davam etdiyi müşahidə edilir.
Buna əsas səbəb isə qiymətin texniki mənzərəsidir. Foreksdə dolların bahalaşmasına səbəb kimi texniki amillər göstərilir və bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır.
İqtisadçı-ekspert Elman Sadıqov bu tendensiyanın Azərbaycanda müşahidə olunub-olunmamasını "Cümhuriyət” qəzetinə şərh edib.
O bildirib ki, ABŞ dolların ucuzlaşmasına çalışır:
"Ucuz dollar xarici ticarəti stimullaşdırmaq məqsədi daşıyır. Dünya birjalarında dolların qiyməti həmişə öz dəyərini saxlayır, hətta bundan sonra nisbətən arta da bilər. Hazırda dolların ucuzlaşma ehtimalı aşağıdır. Bunun da bir çox fundamental səbəbləri var. Bunlardan biri odur ki, ABŞ iqtisadiyyatı istər Avropa Birliyi, istər Yaponiya, istərsə də digər iqtisadiyyatlara nisbətən daha çox artım tempi göstərir. Ümumiyyətlə, ABŞ iqtisadiyyatı daha əzmli, daha stabil və daha yaxşı nəticələr sərgiləyir. Dollar dünyanın ehtiyat valyutasıdır və bu statusunu da saxlamaqda davam edir. Bundan əlavə, dünyada geosiyasi risklər artır, resesiya və böhran məsələləri də müzakirə olunur ki, bu da investorları dollara daha çox qaçmağa sövq edir”.

İqtisadçı onu da qeyd edib ki, dollar dünyada təhlükəsiz liman statusu qazanmış valyutalardan biridir:

"Bu səbəbdən də dünya bazarlarında dolların qiymətinin artma ehtimalı var. Lakin bu artımın Azərbaycana ciddi təsir göstərmə ehtimalı sıfıra bərabərdir. Səbəb odur ki, Azərbaycanda dolların kursu ölkənin tədiyyə balansındakı vəziyyətdən asılıdır. Hazırda neftin qiymətləri 62-63 dollar ətrafındadır. Bu isə, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsində planlaşdırılan neftin baza qiymətindən, yəni 55 dollardan yuxarıdır. Tədiyyə balansı profsitlə davam etdiyi müddətcə Azərbaycanda dolların bahalaşma ehtimalı yoxdur. Bunun elmi əsası var, yəni sakitləşdirmək məqsədilə deyilmiş söz deyil. Hətta ötən il hərraclarda təklif olunan dolların heç də hamısı satılmadı. Neftin qiymətinin 50 dollar olması Azərbaycanın tədiyyə balansı üçün qırmızı xətdir. Hətta neftin qiyməti 50-55 dollar arasında olarsa belə, manatın kursuna ciddi təzyiq olmayacaq”.

Elman Sadıqovun sözlərinə görə, dünya birjalarında dolların qalxıb enməsinin Azərbaycana birbaşa təsiri yoxdur:

"Ölkəmizə əsas təsir neftin qiyməti ilə bağlıdır. Əgər bunu müəyyən etmək istəyiriksə, neftin qiymətini izləməliyik. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər beynəlxalq investisiya və maliyyə təşkilatlarının neftin qiyməti ilə bağlı verilmiş proqnozlar 59-60 dollar civarındadır. Bu səbəbdən Azərbaycanda neftin qiymətinin 60 dollar ətrafında qaldığı müddətdə dolların bahalaşması ilə bağlı hər hansı ehtimal irəli sürmək doğru olmaz. Mərkəzi Bank sədri çıxışında qeyd etmişdi ki, manatın kursuna təzyiq var. Yəni Azərbaycanda manatın kursu qalxa bilər, dolların məzənnəsi isə düşə bilər. Dünyada dolların qiymətinin artması başqa nüanslarla müəyyən olunur. Azərbaycanda dollar/manat kursu xüsusilə neftin qiyməti və tədiyyə balansındakı vəziyyətlə müəyyən olunur”.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər