FHN Badamdar sürüşmə sahəsində görüləcək işləri açıqlayıb










“Badamdarla 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir. Orada sürüşməyə əsas səbəb sudur. Yağış yağdı, su kütləsi artdı və bununla da yamac hərəkətə gəldi. Yuxarıdakı quyular vasitəsilə sürüşmə zonasında suyun qarşısını bir qədər almağa çalışırıq”.

DoğruXəbər.az bildirir ki Bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Ekzogen Fövqəladə Hallar şöbəsinin müdiri Ramiz Rzayev deyib. O bildirib ki, artıq 6 quyu işləyir, 1-2 günə isə 5 quyu da aktivləşdiriləcək: “Bununla vəziyyət stabilləşəcək. Badamdarda hələ kanalizasiya sistemi yeni inşa edilir. Həmin ərazidə yaşayış evlərinin kanalizasiya sistemi yoxdur. Bu evlərə müvəqqəti kanalizasiya çəkməliyik. Bundan sonra işlər davam etdiriləcək”.

Şöbə müdirinin sözlərinə görə, martın əvvəlində yuxarıda suqəbuledici quyunun qazılmasına başlanılacaq: “Quyunu daxildən bərkitmək üçün metal lövhələr lazımdır, bunlar da Yaponiyada istehsal olunur. Onlar gətirildikdən sonra quyular qazılıb divarları bərkidiləcək ki, heç bir hadisə baş verməsin. Bundan sonra başladığımız işləri daha intensiv şəkildə həyata keçirəcəyik. Terraslar yaradılacaq, sonra aşağı hissədən artıq kütləni hissə-hissə çıxardıb yerlərini düzəldəcəyik. Daxildə xırda işlər isə çoxdur”.

R. Rzayev qeyd edib ki, təxminən yayın sonuna ərazidə işlər tam yekunlaşacaq: “Üç quyu qazılacaq və onların hər birinə ən az bir ay vaxt lazımdır. Quyular qazılarkən digər işlər də davam etdiriləcək. Martda quyuların qazılmasına başlanılsa, yayın axırına işlər tamamlanmalıdır. Yuxarı hissədə diametri 3.5 metr, dərinliyi isə 30 metr olan quyular qazılacaq. Quyuların daxilinə texnika - qazma aqreqatı qoyulacaq. Quyunun içindən 50 metr uzunluğunda filtrlər çəkiləcək. Filtrlərə su daxil olub oradan quyuya axacaq. Çəkiləcək xətt vasitəsilə su kollektora gedəcək”.
Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər