gundem
29.01.2020
ABŞ ordusuna İraq və Suriyada hücumlar artacaq

ABŞ qoşunlarına İraq və Suriyada hücumlar daha ölümcül və davamlı ola bilər.
DoğruXəbər.az xəbər verir ki, bu iddia ilə ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı, analitik Deneil Devis “Nəşinl İnterest” jurnalında dərc olunan məqaləsində çıxış edib. Onun sözlərinə görə, Yaxın Şərqdə İran generalı Qasım Süleymaninin qətlindən sonra fərqli antiamerika qruplarının ABŞ qoşunlarına qarşı hərəkətləri artıb.
O, İranın hələlik öz simasını qorudğunu bildirib:
“Raket hücumu nəticəsində bir amerikalı da həlak olmadı. Gələn dəfə işlər genişmiqyaslı müharibəyə çata bilər”./Axar.az


