Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİ











Dünyada hər il təqribən 17.5 milyon insan ürək xəstəlikləri səbəbilə həyatını itirir. Yaşadığımız bütün duyğular birbaşa olaraq ürəyə təsir edir. Ürək xəstəliklərinin qarşısınının alınmasında düzgün qidalanma, aktiv həyat tərzi və siqaretdən imtina önəmlidir.

Türkiyəli kardioloq Yelda Tayyarecinin ürək xəstəliklərinin qarşısının alınması istiqamətində tövsiyələrini təqdim edir.

Fiziki cəhətdən aktiv olun.

Daimi fiziki fəaliyyət xroniki ürək xəstələrində qan dövranını yaxşılaşdırır, xəstəliklə əlaqəli simptomları azaldır. Hər gün yarım saatlıq gəzinti insanın özünü rahat hiss etməsinə və depressiyanın azalmasına səbəb olur.

Diqqət yetirilməlidir ki, ediləcək məşq ağır və yorucu olmasın. Ağır səy tələb edən məşqlər çox soyuq havalarda edilməməlidir. Üzmək üçün isə çox soyuq və ya çox isti suya üstünlük verilməməlidir.

Həkiminiz tərəfindən təyin olunan dərmanları mütəmadi olaraq istifadə edin.

Xroniki ürək xəstəliyində keyfiyyətli və uzun ömür sürməyin ən vacib amillərindən biri dərmanları vaxtında və davamlı qəbul etməkdir.

Yüksək və qalın yastıqlara üstünlük verin.

Yüksək və qalın yastıq xroniki ürək çatışmazlığı olan xəstələrdə artıq mayenin ağciyərlərdən aşağı bölgələrə axmasına imkan verir, gecə boyu rahat yatmağa kömək edir.
Hər gün çəkinin.

Gündəlik çəkinmək çəki artımının qarşısını alır. Gündə 2 kiloqramdan çox kökəlmək bədəndə artıq mayenin yığılmasını göstərir, bu vəziyyətdə həkimə müraciət etmək lazımdır. Arıqlamaq da xəstəliklə bağlı şikayətləri azaldır, çünki ürəyə yükü azaldır.

İstirahət edin.

Yorğun bədən yorğun ürək deməkdir. Gün ərzində istirahət etmək üçün vaxt ayırın. Mümkünsə gün ərzində ən azı 1 saat yatın.
Daha az və tez-tez yeyin.

Mədənin həddən artıq doldurulması həm həzm sisteminə, həm də ürəyə mənfi təsir göstərir. Yeməkləri bölmək və az-az istehlak etmək vacibdir. Lif və suyun istehlakı bağırsaq hərəkətlərini artırır, qəbizliyin qarşısını alır.

Duzlu yeməklərdən çəkinin.

Xüsusilə xroniki ürək çatışmazlığı olan xəstələrdə bədənin maye balansını qorumaq vacibdir. Həddindən artıq duzlu yemək xüsusilə də ağciyərlərdə və ayaqlarda artıq mayenin yığılmasına səbəb olur.

Tərkibində çox duz olan qidalar:

Kolbasa, ketçup, mayonez və hazır salatlar, hazır şorba, ədviyyat qarışıqları, pitsa, hamburger, hazır makaron, duzlu fıstıq və s.

Yemək bişirərkən az miqdarda duz əlavə olunmalıdır.

Siqareti tərgidin.

Siqaret qanda oksigenin miqdarını azaldır, damarların daxili səthini pozur, onların sərtliyinə və tıxanmasına səbəb olur. Siqareti tərk etmək ürək xəstəliyi ilə əlaqəli ağırlaşmaları azaldır.

Kofein və spirtli içkilərə diqqət edin.

Xroniki alkoqol qəbulu ürək əzələlərinin zəifləməsinə səbəb olur. Buna görə də ürək xəstələrində spirtli içkinin məhdudlaşdırılması vacibdir. Kofeinin həddindən artıq istehlakı ürək ritmi problemlərinə və yüksək təzyiqə səbəb ola biləcəyindən gündə 2 stəkandan çox çay, qəhvə və ya kola içmək olmaz.

Qrip və pnevmoniyaya qarşı tədbirlər alın, peyvənd etdirin.

Xroniki ürək xəstələri üçün mövcud qaydalarda qrip və pnevmoniyaya qarşı peyvənd tövsiyə olunur.

Oxunub: 876

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər