Ölən erməni əsgərin qohumları yolu bağladı

Ermənistanda yanvarın 30-da ölmüş hərbçinin qohumları etiraz aksiyası keçirib.
DogruXəbər.az xəbər verir ki, hərbçinin qohumları Armavir əyalətindən İrəvana gedən yolu bağlayıblar. Onlar hərbçinin intihar etməsi haqqında rəsmi versiya ilə razılaşmayıb və əsl səbəbin ortaya çıxmasını tələb ediblər.
Etirazçılarla görüşən Ermənistanın Müdafiə naziri David Tonoyan onlara aksiyanı dayandırmaqla bağlı çağırış edib.
"Gəlin bunu qurtaraq. Hadisənin başvermə şəraiti ilə bağlı verilən məlumata görə, mən onun (hərbçinin) intihar etdiyini düşünürəm", - Tonoyan deyib.
Onun sözlərinə görə, hadisə ilə əlaqədar səhlənkarlıq edən komandirlər ciddi cəzalandırılacaq. O bildirib ki, yas mərasimlərində şəxsən iştirak edəcək.
Tonoyanla danışıqlardan sonra etiraz aksiyası dayandırılıb.
Beləliklə, Tonoyan ölən hərbçinin qohumlarının “səsini kəsməyi” bacarıb./axar.az


