gundem
6.02.2020, 12:31
ÜST-dən koronavirusun müalicəsi ilə bağlı AÇIQLAMA

“Virusdan ölənlərin əksəriyyəti səhhətlərində problemlər olan yaşlı insanlardır. Pasientlərin çoxu ona görə ölüb ki, orqanlarının fəaliyyəti dayanıb. Bu, virusa görə deyil, onun yaratdığı şokdan baş verir”, - deyə M.Rayan bildirib.
Mütəxəssis onu da vurğulayıb ki, HİV və ya koronavirusun əvvəlki tipləri ilə mübarizədə istifadə olunan dərmanların qəbulunun effektivliyi sübut olunmayıb.
Bununla belə, dövlət 2019-nCoV ilə mübarizədə effektivliyini yoxlamaq üçün sertifikatlaşdırılmış dərmanlardan, o cümlədən interferon və inhibitorlardan istifadə edə bilər.
ÜST həmçinin, bu halda dərmanların effektivliyini öyrənmək üçün belə araşdırmaların nəticələrini paylaşmağa çağırış edib.


