Bakıda apteklərdə bu dərmanlar üç dəfə baha satılır? – AÇIQLAMA








Bakıda fəaliyyət göstərən apteklərdə 20 manat qiyməti olan dərmanın 60 manata satılması iddia olunur.

Bu barədə bir vətəndaş tərəfindən redaksiyamıza göndərilən şikayətdə bildirilib.

Şikayətçinin sözlərinə görə, aptekdə satılan “Ventolin Nebules” dərmanının bir qutusu əvvəllər 20 manata satılırdısa, indi üç dəfə baha qiymətə təklif olunur:

“Nizami” metrostansiyasının yaxınlığındakı aptekdə bildirdilər ki, bu dərmanın qutusu 60 manat, bir dənəsi isə üç manatdır. Heç bir yerdə tapa bilməyəcəksiniz. Azərbaycana bu dərman az gətirilir. Həkim məsləhəti ilə mütəmadi olaraq uşağa verdiyimizə görə, həmişə qutu ilə almışıq. Əvəzedicisi sayılan – “Nebutamol” nisbətən ucuz olsa da, onun 3 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulduğu deyilir. Digər əvəzedicisi sayılan – “Salipra” dərmanını isə həkim məsləhət görsə də, həmin aptekdə bildirildi ki, bu dərmanı üç yaşdan az olan uşağa vermək olmaz”.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mətbuat xidmətinin rəhbəri Esmira Əkbərova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Ventolin Nebules” adlı dərman Dövlət Reyestrində qeydiyyatdan keçməyib:

“Sorğuda qeyd olunan “Nebutamol” adlı dərman vasitəsi isə dövlət qeydiyyatından keçib. “Nebutamol” və “Ventolin Nebules” dərmanları təsiredici maddəsi və dozası ilə eynidir. Hər iki preparatın təsiredici maddəsi Salbutamol maddəsidir (2-2,5 mg/ml). İstifadə təlimatında yaş həddi dörd yaşdan yuxarı göstərilir”.

““Salipra” adlı dərman vasitəsinin tərkibində “Ventolin Nebules” və “Nebutamol” dərman vasitələrindən fərqli olaraq, yalnız Salbutomol maddəsi yox, həmçinin İpratropium maddəsi də var. Uşaqlarla bağlı kliniki sınaq məlumatlarının az olması səbəbindən onların istifadə etməsi məsləhət görülmür. İstifadə təlimatında yaş həddi 12 yaşdan yuxarı göstərilir. Bütün hallarda dərman vasitəsi həkimin təyinatı ilə qəbul olunmalıdır”, – deyə E.Əkbərova qeyd edib.

Qeydiyyatdan keçmiş dərman vasitələrinə müəyyən olunmuş qiymətlər haqqında http://www.tariffcouncil.gov.az/?/az/content/177/ linkinə keçid edərək məlumat ala bilərsiniz. /Oxu.Az/

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər