Günün qoroskopu: Yeni işlərə həvəslə başlaya bilərsiniz














DogruXəbər.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Çətin və mürəkkəb gündür. Problemlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. İşlərin hər hansı biri məcrasından çıxarsa, təşvişə qapılmayın, ruhdan düşməyin. Çevik və qıvraq olun, ətrafınızdakı insanları heyrətləndirin. Sizi nümunə sayanlar var. Ən mühüm məsələləri həll etmək olar. Onların çözümünü tapacaqsınız.

Buğa - Mühüm danışıqlar üçün münasib gündür. Maraqlarınızı asanlıqla müdafiə edirsiniz, sizə kimsə mane ola bilmir. Yaxın ətrafınızdakı insanların fikirlərini qulaqardına vurmayın. Ağıllı məsləhətlərə qulaq asın. Toplantı, konfrans, seminarlara qatılmaq, peşəkar fəaliyyət baxımından faydalı tanışlıqlara nail olmaq mümkündür.

Əkizlər - Çətin gün olsa da, ruhdan düşməyin, bədbinliyə qapılmayın. Fəal olun, məqsədə doğru qətiyyətlə irəliləyin. Nigaranlıq yarada biləcək məlumat və ya informasiyanın alınması istisna deyil. Köhnə dostlar və ya yaxın qohumlarla məsləhətləşin. Onlar dürüst qərar verməyə yardım edəcəklər.

Xərçəng - Pərişanlıq və ciddi uğursuzluqla qarşılaşmamaq üçün maksimum dərəcədə diqqətli olun. Problemlərin səbəblərini müəyyənləşdirin, onları aradan qaldırmağa səy göstərin. Maliyyə itkiləri, uğursuz anlaşmalar istisna deyil. Günün ikinci yarısında intuisiyanıza güvənsəniz, bilavasitə maliyyə məsələləri ilə bağlı işlərdə bəxtiniz gətirəcək.

Şir - Gəlir, qiymətli hədiyyə istisna deyil. Alış-veriş üçün əlverişli gündür. Sizin üçün önəmli insanlarla axşam saatlarında görüş ola bilər. Yaxşı görünməyə çalışın.

Qız - Maliyyə çətinlikləri ola bilər. Borc pul vermək olmaz, çünki bu pulları sonra sizə qaytarmayacaqlar. Sizdən çox yaşlı insanla hansısa iş barədə danışmayın. Axşam saatları travma risklidir. İti alətlərlə və texnika ilə ehtiyatlı olun.

Tərəzi - Maliyyə çətinlikləri, itkilər istisna deyil. Yaxınlarınız sizi dəstəkləməyə çalışır, yaxşı məsləhətlər verirlər. Yalnız öz fikirlərinizi həqiqət saymayın. Sükan arxasında həddən ziyadə diqqətli olun.

Əqrəb - Gün ərzində yaranacaq problemlərin öhdəsindən sürətlə gələ bilməyəcəksiniz. Çətin situasiyaya düşmüş insanlara yardım etməyi unutmayın. İşgüzar danışıqlar aparmaq, gələcəklə bağlı planları müzakirə etmək üçün əlverişli gündür. Müttəfiqlərlə fikir ayrılıqları yaransa belə, diskussiyanı konstruktiv məcraya yönəldin, münaqişə yaranmasına imkan verməyin.

Oxatan - Qəfil sürpriz, gözlənilməz hədiyyə, xoş təsadüf ola bilər. Gerçəkdən də, mühüm işdə irəliləyişə və uğura nail olmaq üçün çox çalışmalısınız. İşdən qorxmasanız, fəal olsanız, gün məhsuldar keçəcək.

Oğlaq - O qədər də uğurlu olmayan gündür. Hadisələr planlaşdırdığınız kimi inkişaf etmir. Əsəbi, sinirli olmayın. Ətrafınızdakı insanlara qarşı izafi tələblərlə çıxış etməyin. Onları sərt tənqidlərə məruz qoymayın. Günün ikinci yarısında qərar və sözlərinizi çoxları anlamayacaqlar. Emosional davranmayın.

Dolça - Yeni işlərə həvəslə başlaya bilərsiniz. Əvvəl başladığınız işləri isə səbrlə çalışaraq tamamlayın. İşdə həmkarlar, müttəfiqlər və həmfikirlərlə ixtilaflar yarana bilər. Mübahisə və boş söhbətlərə sərf etdiyiniz zamandan faydalı işlər üçün yararlanmaq olar.

Balıqlar - Uğurlu, düşərli gündür. Əvvəlcədən hazırladığınız planları reallaşdırmaq üçün əlverişli zamandır. Əslində, improvizasiyalar da pis olmayacaq. Hansı istiqamətə getməyin gərəkdiyi barədə intuisiyanız sizə məlumat verəcək. Günün ikinci yarısında mürəkkəb və qarışıq münasibətlərdə çözümə nail olmaq, yaxın ətrafınızdakı insanların özlərini rahat hiss etmələri üçün şərait yaratmaq olar./milli.az

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər