Bakıda möhtəşəm asma körpü tikilir - FOTO










Bakı şəhəri, Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisinə başlanılır. Yerüstü piyada keçidinin aşırım hissəsi üstü açıq olmaqla metal konstruksiyalıdır.

DogruXəbər.az xəbər verir ki, Tbilisi prospekti üzərindən hər birinin uzunluğu 70.92 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,29 metr olan bir aşırım hissə keçməklə, yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəklindədir.

Kənar dayaqlar və pilləkənlər dəmir-betondur.

Orta dayaqlar metaldır və metal troslar vasitəsilə asılmaqla asma körpü görünüşünə oxşadılıb.

Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub.

Qeyd edək ki, avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların yolları rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər, o cümlədən, yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri həyata keçirilir.

Bu çərçivədə 2018-2019-cu illərdə Bakı şəhəri və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidləri inşa edilərək istifadəyə verilib.

Hazırda 10 ərazidə yerüstü və yeraltı piyada keçdilərinin inşası aparılır ki, bunlardan bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub./Oxu.Az

Son xəbərlər

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

Bütün xəbərlər