Nazirdən bələdiyyələrlə bağlı QƏRAR








Nazirdən bələdiyyələrlə bağlı QƏRAR – Vaxt müəyyənləşdirildi
Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 19 mart tarixli qərarı ilə təsdiqlənmiş “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da dəyişiklik edilib.

Bu barədə Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.

Qərarla sənədin 2.5.1-ci bəndində dəyişiklik olunub. Həmin bənd bələdiyyə aktının Konstitusiyaya, qanunlara, Prezidentin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olduğu məqamlarla bağlıdır. Əgər bələdiyyə aktı Konstitusiyaya və ölkə başçısının fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olarsa, qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi və ya ləğv edilməsi barədə onu qəbul etmiş bələdiyyəyə müraciət göndərilir. Müraciətdə ziddiyyətin məzmunu, onun aradan qaldırılmasına dair təkliflər olmalıdır. Həmin təkliflərlə bağlı görülmüş tədbirlər barədə məlumat təqdim olunmasının zəruriliyi göstərilməlidir. Bələdiyyə aktının və ya aktlarının surətinin əlavə edilməsi isə vacibdir.

Sənədin əvvəlki variantında müraciət edilməsi üçün müddət göstərilməmişdi. Yeni qərarla isə müraciət bundan sonra 5 iş günü müddətində təqdim olunmalıdır.

Bələdiyyə tərəfindən müraciətə baxılması qaydasında dəyişiklik olub. F.Məmmədovun qərarı ilə həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılmalıdır. Bunun nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilməlidir.

Qərarla 2.5.2-ci bənd də dəyişdirilib.

“Göstərilən ziddiyyət aradan qaldırılmadıqda bələdiyyələrlə iş mərkəzi və regional ədliyyə idarələri tərəfindən müvafiq bələdiyyəyə müraciət edildiyi vaxtdan 15 gün ərzində iddia ərizəsi hazırlanaraq aidiyyəti məhkəməyə göndərilir. Bu barədə müvafiq bələdiyyə dərhal məlumatlandırılır”, - əvvəlki qərarda belə yazılırdı.

Yeni variantda isə “ziddiyyət” sözündən sonra “müəyyən olunmuş müddət ərzində” ifadəsi əlavə olunur.

2.5.3 yarımbənddə yazılırdı ki, bələdiyyə aktlarında yol verilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə bələdiyyəyə tövsiyə məktubu göndərilir.

Yeni sənəddə isə bu cümlə çıxarılıb

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər