Nazirin həyat yoldaşıyla sevgilisinin davası






Redaksiyamıza Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə barədə maraqlı informasiya daxil olub.Həmin məlumata görə, Ramin Quluzadənin həyat yoldaşı nazirin sevgilisini nazirliyin dəhlizlərində saçından tutaraq sürüyüb. Mühafizəçilər və cangüdənlər iki qadını zorla ayıra biliblər. Sən demə xeyli müddətdir ki, nazir öz iş funksiyasını yerinə yetirmək də problemlə qarşılaşırmış.
Ona bu problemi dövlət rəhbərliyi və ya digər qurumlar yaratmırmış. Nazirin əsas problemi qadın problemləri imiş. Ölkənin nəqliyyat, rabitə problemlərini həll edib yüksək texnologiyaları tətbiq etməli olan nazir qurumdakı sevgilisi ilə həyat yoldaşı arasındakı problemlərlə məşğul olurmuş.
Təbii ki, biz bizə göndərilən belə informasiyaya yer ayırmazdıq. Lakin nazirliyin bir qrup işçisi adından elektron poçtumuza göndərilən məktubda iddia edilir ki, nazir davamlı olaraq işdə ailə və qadın problemlərilə məşğuldu. Bu üzdən çox vaxt əsəbi olur, qəbuluna gələn, dərdini söyləmək istəyən işçiləri acılayır. Ötən həftə isə nazirlikdə böyük hay-küy düşüb. Nazirin həyat yoldaşı nazirliyə gələrək Ramin Quluzadənin sevgilisilə dava edib. Adını etik səbəbdən qeyd etmədiyimiz sevgilinin saçlarından tutaraq nazirliyin dəhlizlərində sürüyüb. Mühafizəçilər və cangüdənlər olaya müdaxilə edib. Nazir dəhlizə çıxıb bütün işçilərə otaqlara girib qapıları bağlamağı tapşırıb. Uzun qalmaqaldan sonra ara sakitləşib və nazirin həyat yoldaşını evə göndəriblər.
Qeyd edək ki, biz bu məlumatı nazirliyin işçilərinin bizə müraciəti əsasında dərc edirik və adları etika xatirinə çəkmirik. Əgər, qarşı tərəf fikirlərini bildirmək, mövqe açıqlamaq istəyərsə, ona da yer ayıra bilərik.Çünki növbəti yazımızda müraciətin tam mətnini verəcəyik./aktualxeber.az
Qarşı tərəfi də dinləməyə hazırıq.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər