gundem / sosial
27.02.2020, 14:18
Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirildi

Ölkə üzrə 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 7-si Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.


