"Mənə qarşı haqsızlıq edildi..." - GİLEY










Füzuli rayonu, Horadiz qəsəbəsi sakini, Ucar rayonunun uşaq musiqi məktəbində məskunlaşmış Nəzərova Kiçikxanım Xanlar qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi uzun illərdir növbədə durmasına rəğmən, mənzillə təmin olunmamasına etiraz edir:

“Mən Füzuli rayonu Horadiz qəsəbəsi sakiniyəm, torpağımız erməni düşmənlər tərəfindən qəsb olunduğu üçün məcburi köçkün kimi Ucar rayonunun uşaq musiqi məktəbinin binasında məskunlaşmışıq. Ailə həyatı qurmamışam, 61 yaşım var. Füzuli rayonundan məcburi köçkün düşən zaman Ucar rayonuna mənimlə birlikdə anam Nəzərova Firəngiz Eyvaz qızı da gəlmişdi. Anamla birlikdə yaşayırdım. O, xəstəlik nəticəsində 1999-cu il tarixdə vəfat etdi. Anamı Ucar rayonunun Qarabörk kənd qəbirstanlığında dəfn etdik.

Məlum olduğu kimi, Azərbaycan ordusu Füzuli rayonunun Horadiz qəsəbəsini erməni işğalından azad etmişdir. İşğal zamanı bizim ailənin yaşadığı evimiz tam yararsız olmuşdur. Bu səbəbdən mən Ucar rayonunda qalıb, burada yaşyıram.

Uzun illərdi yeni mənzillə təmin olunmağımı gözlədiyim vaxtda mənə qarşı qanunsuzluq və haqsızlıq edildi. Belə ki, Ucar rayonunda 5 mərtəbəli 250 mənzilli 6 bina inşa edilib, məcburi köçkünlərin istifadəsinə verilmişdir. 29 dekabr 2019-cu il tarixdə açlış oldu və məcburi köçkünlər üçün salınmış həmin qəsəbədəki binanın 125 mənzilin orderləri məcburi köçkünlərə paylanıldı. Mən isə bu hüquqdan qanunsuz və əsassız olaraq məhrum edildim. Bununla əsaslandırdılar ki, sənin Füzuli rayonunun Horadiz qəsəbəsində evin var, gedib orada yaşaya bilərsən.

Mən 29 dekabr 2019-cu il tarixdə açılışda iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat işçisi Eldar Zeynalova bu barədə dedikdə mənimlə kobud danışdı.

Qeyd edim ki, Füzuli rayonunun Horadiz qəsəbəsindəki ev bir otaqlı yaşamağa tam yararsız komadır ki, komissiya yaradılıb, baxış keçirilməsinə zərurət var. Hazırda məskunlaşdığımız Ucar rayonu musiqi məktəbinin binasında yaşayan qaçqınlar yeni mənzillərə köçürülüblər. Burada tək mən qalmışam. Buna görə də tək qəzalı evdə qorxu, həyəcan içində yaşayıram. Mənə qarşı bu qanunsuzluğu edən vəzifəli şəxslər özləri cinayət əməli ilə məşğul olurlar.

Ucar rayonunda inşa edilmiş həmin binanın mənzil verilmiş məcburi köçkünlərin çoxunun Bakı şəhərində və digər yerlərdə xüsusi mənzilləri var. Elə məcburi köçün var ki, adı Ucar rayonunda yaşayan kimi qeyd edilib, ancaq Bakı şəhərində yaşayır, orada işləyirlər, orada uşaqları məktəbə gedir, sadəcə adları Ucar rayonunda məskunlaşan məcburi köçkün kimi qeyd edilib. Ev paylananda həmin ailələr peyda oldular və onlara həmin binadan 2 mənzil verildi. Bu insanların gözü qarşısında baş vermiş korrupsiya cinayətidir. Belə korrupsiya faktları çoxlu saydadır. Buna görə zərurət var ki, komissiya yaradılsın, obyektiv araşdırma aparılıb, ciddi tədbirlər görülsün.

Mənim məskunlaşdığım Ucar rayon uşaq musiqi məktəbinin otağı qəzalı vəziyyətdədir, burada nəink insan, heç heyvan da saxlamaq olmaz. Mən üzləşdiyim qanunsuzluq barədə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət etmişəm.

Mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb, çox-çox xahiş edirəm, yalvarıram, şikayət ərizəmi yerində mənim iştirakımla araşdırıb, qanunamüvafiq tədbirlər görəsiniz, mənə yeni mənzilin verilməsinə yaxından köməklik göstərəsiniz”.
Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər