Azərbaycanda vacib imtahanlar təxirə salındı - KORONAVİRUSA GÖRƏ












Dövlət İmtahan Mərkəzi tərəfindən 15 və 29 mart 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar təxirə salınıb.
dogruxeber.tv xəbər verir ki, DİM-dən vertilən xəbərə görə, martın 15-idə Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Şəmkir, Gədəbəy, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarında (o cümlədən Bakı şəhəri üzrə xüsusi məktəblər) yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin, martın 29-da isə 9 illik təhsil bazasından kollecə qəbul olmaq istəyən əvvəlki illərin məzunları (həmçinin cari ilin məzunları üçün əlavə xarici dil imtahanları) üçün qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu: "Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixlərdə keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb. Bu istiqamət üzrə, eləcə də martın 9-da keçirilməli olan imtahanın vaxtı imtahanların keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq. 11-ci sinif buraxılış imtahanı iştirakçılarının nəzərinə çatdırırıq ki, bu imtahanların əvvəlcədən elan olunmuş qrafikə uyğun keçirilməsi nəzərdə tutulur. Mövcud vəziyyətlə əlaqədar imtahanların keçirilmə tarixlərində hər hansı bir dəyişiklik baş verərsə, əvvəlcədən elan olunacaq".
DİM abituriyentlərə və valideynlərə tövsiyə edib ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər: ""Vizuallaşdırılmış dərs”lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir. Otk.az portalında isə bütün istiqamətlər üzrə onlayn sınaq imtahanları vermək mümkündür".

Son xəbərlər

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Bütün xəbərlər