Bakıda dezinfeksiya tədbirləri daha da gücləndirilib












Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da gücləndirilib.

BŞİH-dən verilən xəbərə görə, paytaxtda bu xəstəliyə yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtın kommunal xidmətlərinin kollektivləri xüsusi gücləndirilmiş iş rejiminə keçərək Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirlərinin həyata keçirilməsini davam etdirirlər.

Mütəmadi olaraq paytaxtın kommunal xidmət qurumları tərəfindən xüsusi dezinfeksiyaedici maddələrlə yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə, paytaxt sakinlərinin daha çox istifadə etdikləri ticarət mərkəzlərində, akıbazarlarda, iri Mollarda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır, əlavə qabaqlayıcı və maarifləndirici tədbirlər görülür.

Məsələnin ciddiliyi nəzərə alınaraq Bakı şəhərində gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçə və prospektlərin kənarları, yol kənarlarındakı məhəccərlər və s. yuyulması aparılır. Bu işlər həm mərkəzdə, həmçinin ətraf ərazilərdə də aparılır.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan 11 400-dən artıq yaşayış binasında, həyət və ümumi istifadə yerlərində artıq 1 aydır ki, aparılan dezinfeksiya işləri arasıda fasilələr azaldılıb, həyətlərdəki məişət tullantıları konteynerləri meydançalarında bu işlərə diqqət daha da artırılıb. Eyni zamanda paytaxtda 2000-dən çox kooperativ bina və yaşayış kompleksləri də mövcuddur. Bu binalar xüsusi və ya kollektiv mülkiyyətdə olduğundan burada yaşayan sakinlərin təhlükəsizliyinin təminatı üçün əmin kooperativlərin rəhbərliyi tərəfindən, burada yaşayan sakinlərin vəsaiti hesabına dezinfeksiya işləri aparılmalıdır. Təəssüf ki, bu binalarda dezinfeksiya işlərinə o qədər də ciddi yanaşılmır. Bu da ciddi naraharçılıq yaradır. Ona görə də bu bu kimi binalarda yaşayanlar özləri sağlamlıqlarlna diqqət yetirməlidirlər.

Şəhər kommunal xidmətləri bu vacib işlərdə hər zaman belə bina sakinlərinə köməkliklər edirlər və lazım gələrsə yenə də edəcəklər.

Bakı Şəhər İcra Hakimiyyəti həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyini də sakinlərin nəzərinə çatdırır: "Bununla da biz həm özümüzü, həm də yaxınlarımızı təhlükədən uzaqlaşdıra bilərik".

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər