Tağı Əhmədov Akif Çovdarovla anlaşıb











Əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq generalı Akif Çovdarovla Tağı Əhmədovun anlaşması haqda xəbərlər var. İddia olunur ki, Tağı Əhmədov Akif Çovdarovla sonuncu həbsdə olarkən anlaşıb. Razılaşma mövzusu isə Tağı Əhmədovun 44 illik əmək haqqısı ilə bağlı olub.
Bu mövzu Akif Çovdarovun həbsindən sonra gündəmə gəlmişdi. Məlum olmuşdu ki, Akif Çovdarovun həbsindən sonra ona qarşı iddia qaldıranlar sırasına Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov da qoşulub. O dövrdə bu haqda məlumat mətbuat səhifələrinə çıxandan sonra Tağı Əhmədov əvvəlcə təkzib mövqeyində dayandı. Sonradan isə Sabunçu Məhkəməsinin önündə jurnalistlərin diqqətindən yayına bilmədi. Dəqiqləşdi ki, Tağı Əhmədov Bakı Hərbi Məhkəməsinə müraciət edərək ləğv edilmiş MTN-nin generalı Akif Çovdarova qarşı mülki iddia qaldırıb. Tağı Əhmədov 2014-cü ildə Akif Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manat aldığını yazıb.
Tağı Əhmədov məhkəmə dövründə bir neçə dəfə mülki iddiasından danışdı, 3 milyon manatın həbsdəki generaldan tutularaq geri qaytarılmasını istədiyini dedi. Akif Çovdarova verdiyini iddia etdiyi pulların mənbəyi də təbii ki, Tağı Əhmədovdan xəbər almışdılar. O, ibtidai istintaqa ifadəsində həmin 3 milyonun “44 illik əmək haqqı” olduğunu demişdi. İstintaqçıların Tağı Əhmədova inanıb-inanmaması məsələnin başqa tərəfidir…
Akif Çovdarov və digərilərinin işi üzrə məhkəmə prosesində Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin sədri Tağı Əhmədov bir neçə dəfə ayaq döymüşdü. Amma sonda onun mülki iddiası baxılmamış saxlanılmışdı. Akif Çovdarovun azad edilməsindən sonra belə iddialar yayılıb ki, hələ məhkəmə istintaqı dövründə Tağı Əhmədov Akif Çovdarovla anlaşıb və tələb etdiyi məbləğin qeyri-rəsmi ödənməsinə razılıq verib. Buna görə də məhkəmə onun mülki iddiasını baxılmamış saxladıqdan sonra Tağı Əhmədovun “44 illik əmək haqqı” məsələsinə qayıtmayıb.
Yayılan iddiaların nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirmək üçün Tağı Əhmədovla əlaqə saxladıq. YAP sədri yayılan iddialara münasibət bildirməkdən yayındı. Bununla belə Tağı Əhmədovu dinləməyə hazırıq.
Xatırladaq ki, Tağı Əhmədov Akif Çovdarovun cinayət işində zərərçəkmiş qismində tanınmışdı. /Musavat.com/

Oxunub: 821

Son xəbərlər

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Bütün xəbərlər