Aztəminatlı ailənin sevincinə qarşı gələn İcra başçısı-Video
![]()
Bu gün dünya ölkələri, COVİD-19 pandemiyası ilə mübarizə aparmaqdadır. Hər bir ölkədə,virusla bağlı müxtəlif üsullarla mübarizə aparılmaqdadır. Bu cür ağır bir durumda ölkəmizdə qarantin elan olunaraq “evdə qal” qərarı verilmişdir. Bununla bağlı dövlət qərar verdi ki,işsiz kimi qeydiyyatda olan hər bir vətəndaşa birdəfənlik 190 azn sosial müavinat veriləcək. Eyni zamanda,ölkə başçısı çıxışı zamanı ehtiyaclı ailələrə müəyyən dərəcədə ərzaq yardımlarının verilməsini tövsiyyə etmişdir.
dogruxeber.tv xəbər verir ki,ölkə başçısının çıxışından sonra bir çox insanlar xeyriyyə aksiyasına qoşuldular.Dövlətə dəstək məqsədilə idmançı Kamil Zeynallı da bu aksiyanın aktiv iştirakçılarından biri kimi sosial şəbəkələrdə böyük reytinq qazanmışdır. Ehtiyaclı insanlar,kimsəsizlər və aztəminatlı ailələrin müəyyən dərəcədə sevinclərinə səbəb olan xeyriyyə aksiyasında,K.Zeynalov xoş olmayan bir mənzərə ilə qarşılaşıb. Belə ki,Pirallahı qəsəbəsində İnci adlı bir xanım K.Zeynallı ilə telefon əlaqəsi saxlayaraq bildirib ki,yaşadığı rayonda acınacaqlı durumda yaşayan bir ailə var. Ünvanı əldə edən K.Zeynallı ətrafında olan bir qurup dostları ilə həmin ünvanda olublar.
Təbii ki,kadrlarda da gördüyünüz kimi,hədsiz dərəcədə şəraitsiz bir mənzildir. Xeyirsevər insanlar ailənin bu ağır durumunu nəzərə alaraq,həmin ərazidə yeni bir mənzil tikmək qərarına gəlirlər. Ailənin sevincinə qarşı gələn rayon İcra başçısı hörmətli Vasif İmanov,həmin ərazidə tikinti aparılmasına icazə verməyib. K.Zeynallının sözlərinə görə İcra başçının müavini ilə xeyli söhbət etməsinə baxmayaraq,sözügedən ərazidə tikinti aparılmasına icazə verilməyib. Üzərindən bir gün keçdikdən sonra,bu cür haqsızlıqla barışmayan K.Zeynallı, acınacaqlı vəziyyətdə yaşayan ailənin yaşadığı mənzilə gələrək,birbaşa videoçəkiliş edib sosial şəbəkələrdə paylaşmışdır. İndi həmin videolenti sizlərə təqdim edirik.


