Ramiz Mehdiyev karantini Göyçayda keçirir – Ziya Məmmədovla birgə…












Koronavirus pandemiyası yaşından, cəmiyyətdəki mövqeyindən, vəzifəsindən asılı olmayaraq, hər kəsi karantin tədbirlərinə riayət etməyə, özünütəcridlə bağlı addımlar atmağa vadar edir.

Lakin paytaxt Bakıda bu tədbirlərə lazımınca riayət edərək, izolyasiyanı maksimum darəcədə təmin etmək kifayət qədər çətindir. Bu səbəbdən bir çox nisbətən imkanlı paytaxt sakinləri karantin dövrünü respublikanın ayrı-ayrı rayon və kəndlərindəki evlərində keçirirlər. Ancaq təbii ki, bu imkan və şərait kifayət qədər məhdud sayda vətəndaşımıza aiddir…

dogruxeber.tv xəbər verir ki, “AzPolitika.info”-nun əldə etdiyi məlumata görə, Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, AMEA-nın hazırkı prezidenti Ramiz Mehdiyev də karantin dövrünü paytaxtdan kənarda, təbiətlə təmasda keçirməyə üstünlük verən vətəndaşlarımızdandır.

Belə ki, 82 yaşlı AMEA prezidentinin karantin günlərini Göyçayın Hüngütlü kəndində keçirdiyi bildirilir. Məlumata görə, həmin kənddə Ramiz Mehdiyevin villası var və bu məkan ətrafdan təcrid olunmaq üçün kifayət qədər uyğundur…

Yeri gəlmişkən qeyd edək ki, aprelin 17-də Ramiz Mehdiyevin 82 yaşı tamam olur. Və belə görünür ki, AMEA prezidenti ad gününü də bu kənddə qeyd edəcək.

Hüngütlüdə sabiq PA rəhbərilə bərabər sabiq Nəqliyyat naziri Ziya Məmmədovun və Göyçayın sabiq icra başçısı Mübariz Ağayevin də villasının olduğu məlumdur. O da məlum olub ki, onlar da karantini həmin kənddəki villalarında keçirirlər.

Çünki adlarını çəkdiyimiz hər iki sabiq məmurun Hüngütlüdə Ramiz Mehdiyevlə birgə vaxt keçirdikləri qeyd olunur. Hətta bildirilir ki, onlar dünən kəndin yaxınlığındakı gölün ətrafında eyni kampaniyada görünüblər. “Sabiqlər”in göldə balıq tutan kənd sakinlərilə görüşdüyü, hal-əhval etdiyi, söhbətləşdiyi də bildirilir.

Əhalinin kasıb təbəqəsinin çətin duruma düşdüyü və problemin həlli üçün dövlətin bütün imkanlarının səfərbər edildiyi indiki dönəmdə istər akademik Ramiz Mehdiyevin, istərsə də adları çəkilən digər sabiq iri ranqlı məmurların koronavirus pandemiyasından bu şəkildə qorunması və karantini kənddə, məlum şərtlər daxilində keçirməsi yəqin ki, təbii haldır…

Ancaq hər halda, AMEA prezidentini ad günü münasibətilə təbrik etməklə yanaşı, ümid edək ki, bu pandemiya tezliklə bitəcək və qeyd edilən “sabiqlər” karyeralarındakı bir çox keşməkeşli dönəmlər kimi, bu çətinlikdən də sağ-salamat qurtulacaqlar…

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər