Milli Məclisin Mədəniyyət komitəsindən cəmiyyətə ÇAĞIRIŞ














Milli Məclisin Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” və “Yaradıcılığı evdə öyrən – özünü̈ kəşf et və bacarıqlarınla tanın” layihələrini dəstəkləyərək cəmiyyətə çağırış edib.

dogruxeber.tv xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkəmizdə tətbiq edilən sosial izolyasiya və karantin rejimi şəraitində mədəniyyətin onlayn təbliği istiqamətində görülən işləri, xüsusilə də Mədəniyyət Nazirliyinin insanların evdə qaldıqları vaxtı səmərəli keçirmələri üçün “Evdə qal, evdə yarat” və “Yaradıcılığı evdə öyrən – özünü̈ kəşf et və bacarıqlarınla tanın” aksiyalarını komitə olaraq dəstəklədiklərini və bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Mədəniyyət Nazirliyinin başlatdığı bu təşəbbüs belə həssas dönəmdə yaradıcı insanların fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması, insanlarımızın karantin dövründə daha səmərəli məşğuliyyətlərə vaxt ayırması, cəmiyyətə faydalı ola bilməsi baxımından olduqca vacib layihədir. “Bu gün artıq pandemiya ilə əlaqədar onlayn fəaliyyət günün tələbi və reallığına çevrilib. Odur ki, ölkəmizdə də bir sıra mədəniyyət mərkəzləri, muzeylər, təşkilatlar öz fəaliyyətlərini “online” şəkildə qurublar. Müşahidələr göstərir ki, online şəkildə fəaliyyət mədəniyyətsevərlər, internet istifadəçiləri tərəfindən maraqla qarşılanır. Sosial media istifadəçiləri yaradıcı insanların aksiya çərçivəsində hazırlayıb onlayn şəkildə satışa təqdim etdiyi əl işlərini almaqla həm mədəniyyətimizə, həm də yaradıcı insanların fəaliyyətinə stimul, gündəlik məişət qayğılarına öz dəstəklərini vermiş olarlar. Odur ki, hər kəsi öz imkanı daxilində bu nəcib və önəmli layihədə fəal olmağa çağırırıq. Rəqəmsal texnologiyaların vasitəsilə milli mədəni irsimizin tanıdılması və mədəniyyət mərkəzlərinin bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. İnsanlarımızı karantin şəraitində evdə qalmağa, bu müddətdə öz yaradıcılıq imkanlarını artırmaq üçün evdə fəaliyyət göstərməyə və virtual aləmdə daha böyük auditoriya ilə paylaşmağa çağırırıq. Beləliklə, Mədəniyyət Nazirliyinin təşəbbüsü olan əhəmiyyətli aksiyalarda iştirak etməklə, həm səmərəli vaxt keçirmiş, həm də nazirliyin təşəbbüsünə töhfənizi vermiş olarsınız. “

Oxunub: 613

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər