İradə Gülməmmədova onlayn müşavirə keçirib













Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun kənd və qəsəbələr üzrə inzibati ərazi dairə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə onlayn videomüşavirəsi keçirilib. Müşavirədə koronavirus (COVİD-19) pandemiyası ilə bağlı rayondakı vəziyyət, sözügedən infeksiyadan sakinlərin qorunması istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər və bundan sonra atılacaq addımlar müzakirə edilib. Nazirlər Kabineti yanına Operativ Qərargahın yeni qaydalarına əsasən ümumi karantin rejiminin müddətinin cari ilin mayın 31-nə qədər uzadıldığını və bu rejimin Abşerona da aid edildiyini vurğulayan İ.Gülməmmədova bildirib ki, koronovirusla mübarizə tədbirləri, dezinfeksiya işləri daim davam etdirilməli, məhdudiyyətlərə və sanitar gigiyenik normalara əməl olunmalıdır.

Bəzi rayonlarda məsul şəxslər tərəfindən vəzifə səlahiyyətlərinin aşıldığını, saxtakarlığa yol verərək saxta arayışlarla ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratdıqlarına görə vəzifələrindən azad edilərək haqlarında cinayət işinin açıldığını xatırladan İ.Gülməmmədova icra nümayəndələrinə və bələdiyyə sədrlərinə bir daha bildirib ki, belə hallara yol verən şəxslər vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb ediləcək.

Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan yeni iş yerləri və müraciət edən sakinlər barəsinda danışan başçı daha sonra kənd və qəsəbələrdə görülən işlər və qarşıda duran vəzifələrdən söz açıb. Eyni zamanda yay fəsli ilə əlaqədar olaraq rayon ərazisində yaşıllıqların qorunmasının vacibliyini qeyd edilib.
İradə Gülməmmədova onlayn müşavirə keçirib

İradə Gülməmmədova onlayn müşavirə keçirib

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər