"Dünya dəyib bir-birinə, iqtisadiyyat çöküb, bunlar deyir ki, oyun gedir" - Nura əsəbləşdi

Müğənni Nura Suri paylaşımı ilə diqqət çəkib.
Müğənni "Facebook" hesabında post paylaşıb.Postda koronavirus təhlükəsindən yazan Nura insanların laqeydliyinə sərt reaksiya göstərib:
"Mən evdən çıxanda maska taxıram və əlcək geyinirəm. 10 nəfərdən birində maska görmüşəm, əlcək taxan qarşıma çıxmayıb. Bayaq virusdan dünyasını dəyişən insanlarla bağlı status yazdım, sildim. Şərh silməkdən yoruldum. Məəttəl qalıram insanlara. Çoxu inanmır və elə danışır ki, guya bunlar çox bilirlər və başqaları ağılsızdır. Dünya dəyib bir-birinə, iqtisadiyyat çöküb, bunlar hələ deyir ki, oyun gedir. Oyun odur ki, virus bütün dünyaya yayılıb siz isə öz həyatınızla (cəhənnəm), bizim həyatımızla oynayırsınız. Maska taxın, əlcək taxın, gigiyenik qaydalara əməl edin, məsafə saxlayın. Hamı bir-birinə lağ edir. Bizim cəmiyyət niyə belədir axı? Onsuz da heç kəs heç kəsi bəyənmir, məsafə saxlayın da".
Postun şərh bölümünə rəy yazan izləyicilər mövzu ilə bağlı geniş müzakirələr ediblər.


