gundem / sosial / maraqli
9.05.2020
Oruc tutmaq virusa yoluxma riskini artıra bilər?

Oruc tutmağın COVID-19 infeksiyasına yoluxma riskini artıra biləcəyi ilə bağlı hazırda heç bir dəlil mövcud deyil.
e-tibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin açıqladığı məlumatda deyilir. ÜST oruc tutanların təhlükəsizliyi üçün bunları tövsiyə edib:
Başqaları ilə aranızda ən azı 1 metr məsafə saxlayın.
İnsanların sıx toplaşdığı məkanlardan uzaq durun.
Əllərinizi düzgün şəkildə və tez-tez yuyun./Lent.az/


