Dəmir Yollarından pandemiyadan sonrakı fəaliyyətlə bağlı AÇIQLAMA









"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti pandemiya dövründən sonra fəaliyyətini hansı şəkildə görəcəyi barədə açıqlama verib.

QSC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qurum insanların sağlamlığının qorunması məqsədilə həyata keçirilən və keçiriləcək butün tələbləri yerinə yetirməyə hazırdır. Sərnişindaşımada hərəkət bərpa olduqdan sonra sərnişinlərin və qatar heyətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi göstərişlər olacaq:

"Ehtimal var ki, ara məsafənin qorunması, qatarlarda yerlərin satışa necə verilməsi ilə bağlı sərnişindaşıma qaydalarında müəyyən dəyişikliklər tətbiq olunacaq. Artıq bəzi ölkələrdə sərnişindaşımada belə məhdudiyyətlər nəzərdən keçirilir. Biz də "Azərbaycan Dəmir Yolları” QSC olaraq sərnişinlərimizin sağlamlığının qorunması üçün müəyyən olunan bütün tələbləri yerinə yetirməyə hazırıq".
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Bununla əlaqədar yük daşımaları istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq edilən məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılır.(Sfera.az)

Son xəbərlər

Azərbaycanda texnogen hadisələr 21 faiz azalıb

Maaşlar nə zaman artırılacaq?

Gəncədə 15 yaşlı qızı vuran maşının sürücüsü hadisə yerindən qaçıb

Sabahdan bəzi yerlərə yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Trampdan sonra Putin də Çinə gedir

Azərbaycanda iki yeni institut yaradıldı

Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olundu

Yeni sistem: Robotlar işçilərə nəzarət edəcək

Paşinyan seçkilərdə qələbə qazanacağına əmindir

Masallıda “Azərçay” mövsümü: Jurnalistlər məhsul yığımını izlədilər

“Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var

Mütəxəssislər "Sabah"ın qələbəsinin, "Qarabağ"ın titulsuz qalmasının səbəblərini açıqladı

DİM sədri buraxılış imtahanlarında ediləcək dəyişiklikdən danışdı

Yusif Həsənbəy vəfat etdi

Tanınmış hakim təqaüdə göndərildi

Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək

Səfirlik: Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə görə minnətdarıq

Kukla Teatrında yeni tamaşanın premyerası olacaq

Bakıda bəzi evlər söküləcək: Kompensasiya...

Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı

Bakıda avtobuslarda yenilik: Bu şəxslərə gediş-gəliş pulsuz olacaq

Prezident həmkarını təbrik etdi

Aeroport yolunda avtomobil yandı..

Qardaş ölkədən şok görüntülər - FOTO

“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?

Təbii qazın dəyəri artdı

180 illik sirr açıldı..

Dəhşətli ailə faciəsi: Kişi arvadını və ögey qızını qətlə yetirdi

Bu türk ölkəsi məktəblərdə telefonu qadağan etdi

Saleh Səmədovun məhkəməsi başladı

Bütün xəbərlər