dunya
1.06.2020, 14:41
Belarusda Maydan təşkil etmək istəyirlər - Lukaşenko
![]()
Prezident seçkisi ərəfəsində ölkədə Maydan təşkilinə izn verilməyəcək.
dogruxeber.tv Axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bu hədəflər bizə aydındır. Məqsəd prezident seçkisi ərəfəsi və ya günündə Maydan təşkil etməkdir. Onlar belə planlaşdırıblar. Hər kəsi xəbərdar edirəm ki, Belarusda Maydan olmayacaq”, – deyə o bildirib.
Qeyd edək ki, Belarusda prezident seçkisi 9 avqustda baş tutacaq.


