hadise
6.06.2020
Bakıda silsilə oğurluq edən şəxs saxlanıldı

Oğurluq etdiyinə görə tutulan T.Ələkbərovun törətdiyi digər cinayət əməlləri də üzə çıxıb.
dogruxeber.tv bildirir ki,Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, T.Ələkbərovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirlərihəyata keçirilib.
Onun rayon ərazisində daha 5 evdən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.


