sosial
22.06.2020, 11:44
Milli Məclisin plenar iclasları iyulun 5-dək təxirə salınır

Milli Məclisin fəaliyyəti sərtləşdirilmiş karantin rejiminə uyğunlaşdırılır.
dogruxeber.tv bildirir ki, bununla əlaqədar Milli Məclisin iclasları iyulun 5-dək ənənəvi qaydada keçirilməyəcək
Artıq bununla bağlı Milli Məclisin komitə sədrlərinə və komitə sədrlərinin müavinlərinə məlumat verilib.
Bununla belə, zərurət yaranacağı təqdirdə iclas keçirilə bilər.
Milli Məclisin Aparatına da iyulun 5-dək məhdud sayda işçi cəlb etmək tapşırılıb.
Qeyd edək ki, iyunun 21-dən iyulun 5-dək Bakıda və daha 7 şəhər və rayonda xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunub.
(Apa.az)


