Azərbaycanda həyata keçirilən əməliyyat nəticəsində külli miqdarda narkotik dövriyyədən çıxarıldı










Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

dogruxeber.tv bildirir ki, bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, idarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini Zahir Zeynalov və Biləsuvar rayon sakini Səbuhi Hüseynov saxlanılıblar.

Şəxsi axtarış aparılan zamanı Z.Zeynalovdan 76,38 qram heroin, 21,51 qram marixuana, onun paytaxtın Nizami rayonunda kirayədə qaldığı mənzildən isə 21 kq 7 qram qurudulmuş marixuana, 5,06 qram heroin, 24,55 qram həşiş və 13,70 qram tiryək aşkar olunaraq götürülüb. Səbuhi Hüseynov paytaxt ərazisində qaldığı evdən isə 459 qram tiryək, 754 qram həşiş aşkar olunub. Həmçinin araşdırma zamanı S.Hüseynovun onlayn yolla satdığı və Yeni Günəşli qəsəbəsi ərazisində yol nişanının altında gizlətdiyi 390 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Beləliklə, sonuncu əməliyyat nəticəsində Xətai RPİ əməkdaşları tərəfindən ümumilikdə 471 qram heroin, 472,7 qram tiryək, 778,18 qram həşiş və 23 kq 21 qram marixuananın qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırma zamanı müəyyən olunub ki, hər iki şəxs hələlik adı istintaqa məlum olmayan “Xalaoğlu Rəsul” adı ilə tanıdıqları İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul edərək yaşadıqları evlərdə gizlədiblər. Daha sonra Zahir Zeynalov və Səbuhi Hüseynov narkotik vasitələri paytaxtın müxtəlif ərazilərində yerləşdirərək “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran vətəndaşı ilə əlaqə saxlayaraq ona məlumat verməli imişlər. O, isə müştərilərin götürməsi üçün həmin yerlərin ünvanı onlara göndərməli imiş.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər